Ölkə

Ferma cəbbəxana çıxdı - Azərbaycanda

25 May 2017 17:00
0 Şərh     Baxış: 2 095
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi məqsədilə daxili işlər orqanları əməkdaşları tərəfindən növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.

Milli.AZ DİN-ə istinadən xəbər verir ki, Naftalan Şəhər Polis Şöbəsinə ərazidəki fermalardan birində silah-sursat saxlanılması barədə məlumat daxil olub. Bununla əlaqədar mayın 24-də Goranboy rayon sakini Adil Süleymanova məxsus, biri-birinin yaxınlığında yerləşən iki fermaya polis əməkdaşları tərəfindən baxış keçirilib. Nəticədə hər iki tikilinin ərazisindən xeyli miqdarda silah-sursat - 3 ədəd "TOZ-8", 3 ədəd "İJ-16" markalı tüfənglər, 1 ədəd "RQD-5", 1ədəd "F-1" qumbaraları, 1 ədəd patron darağı, 1 süngü bıçaq və 462 ədəd müxtəlif çaplı patron aşkar edilrək götürürüb.

Araşdırma zamanı A.Süleymanov silahları Laçın rayonundan qaçqın düşərkən özü ilə gətirdiyini bildirib. Məlum olub ki, o, həmin tüfənglərdən yalnız birini ov silahı kimi qeydiyyatdan keçirib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.