Ölkə

"IV İslam Həmrəyliyi Oyunları Azərbaycanın İslam dünyasına böyük hədiyyəsi idi"

25 May 2017 15:37
Baxış: 1 209
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsi cənab Prezident İlham Əliyevin təşəbbüsü idi və oyunlar çox yüksək səviyyədə təşkil edildi".

Milli.Az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Bəxtiyar Sadıqov deyib.

B.Sadıqov bildirib ki, bu gün İslam dünyasının həmrəyliyə, birləşməyə çox böyük ehtiyacı var:

"Son dövrlərdə dünyada, xüsusən Ərəb ölkələrində baş verən proseslər həm də ondan qaynaqlanır ki, İslam dövlətləri bir arada deyillər. Belə bir məqamda cənab Prezident Azərbaycanda "İslam həmrəyliyi ili" elan etdi və bu həmrəyliyə nail olmaq üçün ilk möhtəşəm addım atıldı. 54 İslam dövlətinin idmançıları, nümayəndələri 10 gündən artıq Azərbaycanda oldu, bütün İslam dünyasının diqqəti ölkəmizə yönəldi. IV İslam Həmrəyliyi Oyunları İslam dövlətlərinin həmrəyliyi yolunda atılan çox böyük, təsirli və kütləvi bir addım oldu".

Deputat vurğulayıb ki, IV İslam Həmrəyliyi Oyunları çox yüksək səviyyədə təşkil olundu:

"Bu oyunların çox yüksək səviyyədə keçirilməsində Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xidmətlərini xüsusi qeyd etmək istəyirəm. Birinci Avropa Oyunlarında Azərbaycanın topladığı zəngin təcrübə, bizim yeni standartlar yaratmaq bacarığımız bu oyunların təşkil olunmasında da özünü biruzə verdi. Azərbaycan idmançıları da çox böyük üstünlük nümayiş etdirərək birinci oldular. Oyunlar çox yüksək əməkdaşlıq şəraitində keçirildi. Azərbaycana gələn qonaqlar yüksək səviyyədə qarşılandı. Azərbaycan bu möhtəşəm oyunlarla İslam dünyasına böyük bir hədiyyə vermiş oldu. Bunun isə şübhəsiz, İslam həmrəyliyinə çox müsbət təsiri olacaq".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.