Ölkə

Cəlilabad sakinləri 24 min saxta manatla tutuldular

25 May 2017 13:28
0 Şərh     Baxış: 1 151
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda saxta pulları dövriyyəyə buraxan şəxslər tutulub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Masallı rayonu Qəriblər kəndindəki mağazalardan birinə gələn naməlum şəxslərin oradan ərzaq məhsulları alaraq 1 ədəd saxta əsginas verib. Polisə daxil olan həmin fakt ətrafında həyata keçirilən əməliyyat tədbirləri nəticəsində həmin şəxslərin Cəlilabad rayon sakinləri - Ramal Əbülhəsənov Şahəddin Musayev olmaları müəyyən edilib və hər iki şəxs saxlanılıb.
 
R.Əbülhəsənova məxsus avtomobilə baxış zamanı oradan 5 ədəd 100 manatlıq saxta əsginas götürülüb.
 
Cəlilabad rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində isə rayonun Şıxlar kənd sakini Səfa Qaraşovdan 240 ədəd 100 manatlıq saxta əsginas götürüblər.
 
Hər iki faktla bağlı araşdırma aparılır.
 
Faktla əlaqədar Cinayət Məcəlləsinin 204-cü (saxta pul və qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma) maddəsi ilə cinayət işi başlanılıb. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.