Ölkə

Azərbaycanda dini icma sədri cəzalandırldı

25 May 2017 13:37
0 Şərh     Baxış: 1 506
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda dini icma sədri qanunsuz fəaliyyətə və gizli dini yığıncaq təşkil etdiyinə görə cəzalandırılıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Göyçay rayon "II Ərəbcəbirli kənd məscidi" dini icmasının sədri Məmmədov Ruslan Ənvər oğlu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) tərtib etdiyi təqvimdən deyil, başqa mənbələrə aid təqvimdən istifadə edərək dini ayinlər icra edib. Bundan başqa, sədri olduğu icmaya aid məsciddə yox, sakini olduğu Qəbələ rayon Duruca kəndində bir qrup şəxslə gizli dini ocaq yaradıb və məscid adlandıraraq, orada qanunsuz fəaliyyət göstərib.
 
R.Məmmədov artıq dini icma sədrliyindən uzaqlaşdırılıb. İcmadan uzaqlaşdırıldıqdan sonra onun bu fəaliyyəti ilə bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən müvafiq qurumlara məlumat verilib, araşdırma aparılır.
 
R.Məmmədovun yerinə isə qeyd olunan icmaya Şirəliyev Rəşad Cavad oğlu sədr seçilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.