Ölkə

Ziyad Səmədzadə: "Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarını uğurla başa çatdırdı"

25 May 2017 12:11
Baxış: 1 221
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarını uğurla başa çatdırdı, böyük bir bayramı təntənə ilə qeyd etdi.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib.

Z.Səmədzadə bildirib ki, artıq bütün dünyanın mətbuat səhifələrində, o cümlədən dünya liderləri tərəfindən Azərbaycanda keçirilən bu tədbir çox yüksək qiymətləndirilir: "Bütün bunların hamısı, əldə olunan nailiyyətlər, IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycanın birinci yerdə olması bir daha onu göstərir ki, ölkədə düşünülmüş, düzgün dövlət siyasəti aparılır və bu siyasət beynəlxalq aləmdə Azərbaycanın imicinin yüksəlməsinə, ölkəmizin atdığı addımların dəstəklənməsinə imkan verir".

Z.Səmədzadə qeyd edib ki, bu Oyunlar təkcə idman yarışı deyildi, eyni zamanda İslam həmrəyliyinin nümayişi idi: "54 ölkənin nümayəndələrinin Azərbaycana gəlişi böyük hadisə idi. Təbii ki, onlar Azərbaycanda gördüklərini öz ölkələrində danışacaqlar, çünki Azərbaycanda sabitlik, əmin-amanlıq, iqtisadi yüksəliş, Azərbaycan mədəniyyətinin qədimliyi islam ölkələrinin hər bir vətəndaşında qürur hissi doğurmalıdır. Bütün bu uğurların kökündə təbii ki, Azərbaycanın dövlət siyasəti dayanır və burada Azərbaycan dövlətinin apardığı iqtisadi siyasət də öz uğurlu nəticələrini verir".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.