Ölkə

"Nə oldu qudurdun?" - Elnarə peşman olub

24 May 2017 19:51
24 Şərh     Baxış: 6 506
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Düz 10 il bir ayaqqabını geyinmişəm". 

Milli.Az xəbər verir ki, bu sözləri apa.tv-nin "Show time" verilişində qonaq olan əməkdar artist Elnarə Abdullayeva deyib. 

O bildirib ki, son vaxtlar geyimlərinə diqqət edir: 

"Kimsə mənə yaxşı deyəcək deyə, kreditə paltar götürüb, geyinmərəm. Başqasının paltarını geyinim, mənə yaxşı desinlər, bu, mənim xarakterimə uyğun deyil. Nəyim varsa, onu geyinəcəm. Yoxdusa, canım çıxacaq, geyinməyəcəm. Sonra pulum oldu, getdim 4-5 cüt ayaqqabı aldım. Sonra heyfsiləndim ki, yaxşı hərəkət eləməmişəm. Çünki onsuz da ayaqqabı ətəyin altında qalır. Elə 1 ayaqqabı bəs edərdi. Ona verdiyim pulu gərək xeyir işə xərcləyərdim. Özümə dedim ki, nə oldu qudurdun?"

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.