Ölkə

Müəllimlər, DİQQƏT: Dərs bölgüsü zamanı bunlar əsas götürüləcək

24 May 2017 16:29
9 Şərh     Baxış: 6 929
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Növbəti tədris ilində Azərbaycanda müəllimlərin dərs yükünün müəyyənləşdirilməsi zamanı onların diaqnostik qiymətləndirmədə göstərdikləri nəticələr əsas götürüləcək.

Milli.Az xəbər verir ki, Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Eşqi Bağırov APA-ya açıqlamasında bildirib ki, müəllimlərin dərs saatları onların imtahanda göstərdikləri nəticələrə uyğun olaraq müəyyənləşəcək. Onun sözlərinə görə, hər bir təhsil müəssisəsində dərs yükü keyfiyyət göstəricisinə görə müəyyən olunmalıdır.
 
E.Bağırov qeyd edib ki, imkan daxilində göstəriciləri yüksək olan müəllim daha çox dərs yükü ilə təmin edilməlidir: "Əgər məktəbdə 100 saatlıq dərs yükü varsa, 5-6 müəllim arasında daha yüksək bal toplayan savadlı müəllimə daha çox, zəif nəticə göstərənə isə az dərs verilməlidir. Müəllimlərin dərs yükü hər bir tədris ilinin əvvəlində-sentyabr ayında müəyyən edilir və xüsusi hallar istisna olmaqla il ərzində sabit qalır. Yeni tədris ili üçün sentyabr ayında məktəblərdə müəllimlərin dərs bölgüsü aparılarkən onların diaqnostik qiymətləndirmədəki nəticələri əsas götürüləcək. Bu vaxta kimi proses diaqnostik qiymətləndirmənin keçirildiyi bəzi rayonlarda, müəyyən məktəblərdə tətbiq edilirdi. Ancaq diaqnostik qiymətləndirmə ötən il hər yerdə keçirilməmişdi. Bu tədris ilində isə ölkə üzrə bütün müəllimlərin diaqnostik qiymətləndirmədən keçirilməsi tam başa çatacaq və yeni dərs ilindən bu proses hər yerdə qaydalara uyğun olmalı, bütün müəllimlərə şamil edilməlidir".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.