Ölkə

Kəbirə Məmmədovanın bacısının evində yanğın oldu: mühafizəçi öldü

24 May 2017 11:06
2 Şərh     Baxış: 2 294
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda yaşayış evində baş verən yanğında xəsarət alan şəxs 5 gün sonra xəstəxanada ölüb.

Milli.Az xəbər verir ki, Xəzər Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, mayın 19-da Şağan qəsəbəsində Səbirə Məmmədovaya məxsus evdə yanğın baş verib. Yanğın nəticəsində evdə mühafizəçi işləyən, 41 yaşlı Natiq Cabbarov yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
 
Həkimlərin səyinə baxmayaraq, N.Cabbarov ötən gün xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Polisdən həmçinin bildirilib ki, S.Məmmədova sahibkar qadın Kəbirə Məmmədovanın bacısıdır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.