Ölkə

Bakıda anasını vəhşicəsinə döyən oğul saxlanıldı

24 May 2017 10:56
6 Şərh     Baxış: 1 484
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda anasını qəddarcasına döyən oğul barəsində cinayət işi açılıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, dünən Binəqədi rayon Biləcəri qəsəbə sakini 1940-cı il təvəllüdlü Yusifova Əsmər Piri qızı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Məlum olub ki, onu oğlu Telman Yusifov amansızlıqla döyüb.

Binəqədi rayon Polis İdarəsinin əməkdaşları anasını vəhşicəsinə döyən oğulu saxlayıblar. Onun barəsində Cinayət Məcəlləsinin 127-ci (Qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə iş başlanılıb.
 
Araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.