Ölkə

Bakıda sürücülərə satılan benzin yoxlanılmır - ŞOK AÇIQLAMA

24 May 2017 09:48
3 Şərh     Baxış: 2 094
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıdakı yanacaqdoldurma məntəqələrinin fəaliyyətinə münasibət birmənalı deyil. Benzinin keyfiyyətinin aşağı olması, tərkibində müəyyən qatqıların olması, avtomobilin çəninə vurulan benzinin miqdarı sürücülərdə inamsızlıq yaratmaqla yanaşı, ciblərinə də təsirsiz ötüşmür.

Qeyd edək ki, Azərbaycanda "92" markalı benzin Heydər Əliyev adına Neftayırma Zavodunda istehsal olunur. "95" və "98" markalı benzinlər isə xaricdə istehsal edilir. Həmin benzinlərin keyfiyyəti Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin laboratoriyasında araşdırılır və o "Avro-4" standartlarına uyğunluğu yoxlanılır.

Milli.Az xəbər verir ki, məsələ ilə bağlı metbuat.az-a açıqlama verən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı yanacaqdoldurma məntəqələrində aparılan yoxlamalardakı vəziyyətdən danışıb: "Yanacaqdoldurma məntəqələrində planlı yoxlamalar aparılmır. Sahibkarlıq sahəsində aparılan yoxlamaların 2 il ərzində dayandırılması ilə bağlı qanun qüvvədədir. Qanun 2017-ci ilin sonuna qədər qüvvədə olacaq. Bu müddət ərzində yoxlayıcı orqanlar və Standarlaşdırma Komitəsi yanacağın keyfiyyəti ilə bağlı planlı yoxlamalar aparmayacaq. Əgər şikayət daxil olarsa, məsələnin müvafiq qaydada araşdırılması üçün hüquq-mühafizə orqanlarına göndərilir.

"Qaynar xətt"ə son 1 ildə məsələ ilə bağlı şikayət daxil olmayıb. Şikayət daxil olarsa, sahibkar yanacağın keyfiyyətinin aşağı olması ilə bağlı məlumatlandırılır. Əgər keyfiyyətin aşağı olması halı aşkar olunarsa, həmin sahibkar barədə müvafiq sənədlər aidiyyəti qurumlara göndərilir. 2018-ci ilin əvvəllərindən etibarən yoxlamalar müasir praktikaya uyğun şəkildə həyata keçiriləcək".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.