Ölkə

"Anam bunu eşidəndən sonra öldü" - Bakıda həbs edilən kamerunlu

23 May 2017 17:05
1 Şərh     Baxış: 1 439
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda 100 dolları 200 dollar "edən" kamerun vətəndaşı Vambo Aurelienin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Milli.Az lent.az-a istinadən bildirir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı açıq elan edilib.
 
Söz dövlət ittihamçısına verilib. Prokuror ittiham aktının nəticəvi hissəsini elan edib.
 
İttiham aktında bildirilib ki, kamerun vətəndaşı Vambo Aurelie Bakı şəhər sakini Məmməd Məmmədova qarşı dələduzluq edərək dollar alaraq kimyəvi üsullarla həmin məbləği iki qatını çevirib ona qaytaracağını deyib. V.Aurelie bu məqsədlə də əvvəlcə M.Məmmədovdan 100 dollar alıb. Həmin məbləği 200 dollar edərək M.Məmmədova qaytarıb. Bununla da M.Məmmədovun etibarını qazanaraq ondan növbəti dəfə 2400 dollar alıb. Ancaq bu dəfə vədinə əməl etməyərək dələduzluq edib. Sonuncu dəfə V.Aurelieyə növbəti dəfə M.Məmmədov tərəfindən 20 min dollar verilib və 40 min dollar etməsini istəyib. Vambo Aurelie iş başında yaxalanıb.
 
O, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı həbs edilib.
 
Prosesdə kamerun vətəndaşına fransız dilində ittiham aktı tərtib edilib və o, tərcüməçi ilə təmin edilib.
 
Prokurorun sadaladığı ittihama münasibət bildirən V.Aurelie ona qarşı irəli sürülən ittihamla özünü təqsirli bilməyib. Təqsirləndirilən şəxs sərbəst ifadəsində bildirib ki, Məmməd Məmmədovun evində kirayə yaşayıb: "Pulu mən yox, mənimlə eyni evdə qalan tanışım Luma Kables alıb. O da Kamerun vətəndaşıdır. Məmməd pulu Lumaya verib. Luma yanvarda Bakıdan getdi. Ondan sonra əlaqə saxlamaq mümkün olmadı. Mən onunla Bakıda həmyerlim kimi tanış olmuşdum. Mənə 20 min dollar da verilməyib. İttihamda yazılanları mən etməmişəm. Anam bu xəbəri eşidəndən sonra dünyasını dəyişdi. 4 yaşında övladım var".
 
Məhkəmədə zərərçəkmiş Məmməd Məhəmmədov və şahidlər iştirak etməyib.
 
Proses iyunun 5-də davam etdiriləcək.
 
Qeyd edək ki, Vambo Aurelie Cinahət Məcəlləsinin 178.3.2-ci (dələduzluq külli miqdarda olduqda) maddəsi ilə ittiham verilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.