Ölkə

Hacı Nuran canlı yayımda ağır xəstəlikdən əziyyət çəkən xalq artistinə söz verdi - VİDEO

23 May 2017 12:23
5 Şərh     Baxış: 3 452
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Həyat" Xeyriyyə Fondunun yaradıcısı hacı Nuran xalq artisti Könül Xasıyevaya yardım edib.

Milli.Az baku.ws-ə istinadən xəbər verir ki, "Həyat" fondu ağır xəstəlikdən əziyyət çəkən xalq artistinin müalicəsində ona dəstək olacaq. Bu barədə ATV-də yayımlanan "10-dan sonra" verilişində qonaq olan aparıcı Hacı Nuran bildirib. Onun sözlərinə görə, xalq artistinin müalicəsində ona yardımçı olmaq istəyənlər də "Həyat" fonduna müraciət edə bilərlər. Hacı Nuran bildirib ki, bunu *999-a zəng vurmaqla da etmək olar. Hacı Nuran ona sağalmasında çox insanın dəstək olduğunu buna görə də ehtiyacı olan insanlara hər zaman yardım edəcəyini əlavə edib.
 
Hacı Nuran verilişdə sözügedən fond vasitəsi ilə Könül Xasıyevaya 9 min manatlıq yardım köçürüb.
 
Qeyd edək ki, Könül Xasıyeva ötən gün "10-dan sonra" verilişinin qonağı olub. O haqqından xərçəng xəstəsi olduğuna dair yayılan xəbərləri yalanlayıb. Xasıyeva, onur ğasının iflic olduğunu və astma xəstəliyindən əziyyət çəkdiyini söyləyib.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Hacı Nuran canlı yayımda ağır xəstəlikdən əziyyət çəkən xalq artistinə yardım etdi

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.