Ölkə

Sürücülərə şad xəbər: qadağa ləğv olundu - YENİLƏNİB

23 May 2017 12:15
1 Şərh     Baxış: 2 588
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

12:15

IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar avtomobillərin paytaxtın bəzi küçə və yollarında hərəkətinə tətbiq olunan məhdudiyyət başa çatıb.

Milli.Az-ın APA-ya istinadən məlumatına görə, Bakı şəhərində sarı xətlərlə nişanlanmış xüsusi zolaqlarda tətbiq olunmuş məhdudiyyətlər nəqliyyat vasitələrinin rahat və fasiləsiz hərəkətinin təmin olunması məqsədi ilə bu gün 12:00-dan ləğv olunub.

Qeyd edək ki, paytaxtda keçirilən Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar şəhərin bəzi küçə və yollarında sarı xətlərlə xüsusi "Oyun zolaqları" çəkilib ki, həmin zolaqlarla may ayının 5-dən 25-dək operativ və oyunlara cəlb edilmiş avtomobillər istisna olmaqla, digər nəqliyyat vasitələrinin hərəkəti qadağan olunmuşdu.

Lakin Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi məhdudiyyətin mayın 23-ü saat 12:00-da bitməsinə qərar verib.

----------

10:01

Bu gündən etibarən Bakıda İslam Oyunları ilə əlaqədar tətbiq olunan "Sarı zolaq" qadağası ləğv olunacaq.

Milli.Az azvision.az-a istinadən xəbər verir ki, Bakı şəhərində nəqliyyat vasitələrinin rahat və fasiləsiz hərəkətinin təmin olunması məqsədi ilə may ayının 23-ü saat 12:00-dan sarı xətlərlə nişanlanmış xüsusi zolaqlarda hərəkətə tətbiq olunmuş məhdudiyyətlər aradan götürüləcək.

Qeyd edək ki, Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar şəhərin bəzi küçə və yollarında sarı xətlərlə xüsusi "Oyun zolaqları" çəkilmişdi ki, həmin zolaqlarla may ayının 5-dən 25-dək operativ və oyunlara cəlb edilmiş avtomobillər istisna olmaqla digər nəqliyyat vasitələrinin hərəkəti qadağan olunmuşdu.

DYP-nin rəsmi məlumatına görə, 15 günə minə yaxın sürücü "Sarı zolaq" qadağısını pozduğuna görə cərimələnib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.