Ölkə

Bakıda qaynanası ilə mübahisə edən gəlin özünü 8-ci mərtəbədən atdı

23 May 2017 09:40
73 Şərh     Baxış: 15 968
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakının Nizami rayonu ərazisində intihara cəhd hadisəsi baş verib.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə 8-ci kilometr qəsəbəsi, Bəhruz Nuriyev küçəsi, ev 24 A-da qeydə alınıb.

Belə ki, 1987-ci il təvəllüdlü Yaqubova Lalə Tofiq qızı özünü yaşadığı binanın 8-ci mərtəbəsindən aşağı atıb. O, ağır bədən xəsarəti alaraq xəstəxanaya yerləşdirilib. Yaralı əməliyyat olunub. Həkimlər onun vəziyyətini stabil-orta ağır kimi qiymətləndirirlər və həyatı üçün heç bir təhlükənin olmadığını bildirirlər.

Yaxınlarının sözlərinə görə, hadisə gəlin və qaynana arasında baş verən və bir müddətdir davam edən münaqişə zəminində qeydə alınıb.
Faktla bağlı hüquq-mühafizə orqanlarında araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.