Ölkə

Bakıda yaşayış binasında YANĞIN - Ölənlər var - YENİLƏNİB - ADLAR - VİDEO - FOTO

22 May 2017 18:37
3 Şərh     Baxış: 15 057
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

18:37

Bakıda yaşayış binasında yanğında ölən qardaşların şəxsiyyəti müəyyənləşib.
 
Milli.Az APA-ya istinadən xəbər verir ki, yanğın nəticəsində Çeykullayev Aleksandr Petroviç (52 yaş) və Çeykullayev Anatoli Petroviç (54 yaş) yanaraq ölüb.

---------

18:22

Bakıda yaşayış binasında baş vermiş yanğının qarşısı alınıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
 
Yanğında iki qardaş ölüb.
 
Onların kimliyi dəqiqləşdirlir.
 
Araşdırma aparılır.

----------

18:16

Bakıda yaşayış binasında baş vermiş yanğının qarşısı alınıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Araşdırma aparılır.

---------

17:48

Binəqədi rayonunda yerləşən beşmərtəbəli binaların birində yanğın hadisəsi baş verib. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Ziya Bünyadov prospekti, Ayna Sultanova heykəlinin yaxınlığında yerləşən binada qeydə alınıb. 

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinin rəhbəri Oqtay Bayramov "Qafqazinfo"ya bildirib ki, hadisə yerinə 5 yanğınsöndürən maşın cəlb olunub:

"Yanğın binanın 3-cü mərtəbəsində yerləşən mənzillərdən birində başlayıb. Aşağı mərtəbələrin sakinləri özləri binanı tərk ediblər, yuxarı mərtəbələrdə yaşayanlar isə FHN əməkdaşları tərəfindən təxliyyə olunub. Xəsarət alanlar haqda hələ ki, məlumat yoxdur. Ətrafdakı tikililər yanğından mühafizə olunub". 

---------

17:45

Bakıda yaşayış binası yanır.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonu, Ziya Bünyadov prospekti 11 ünvanında qeydə alınıb. Həmin ünvanda yerləşən beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsindəki mənzildə meydana gələn yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb edilib.
 
Hazırda yanğının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Bakıda yaşayış binası yanır - 1

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.