Ölkə

Açıq-saçıq FOTOsuna görə əməkdar artisti BİABİR ETDİLƏR

22 May 2017 14:38
26 Şərh     Baxış: 14 870
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əməkdar artist Ruhəngiz Allahverdiyeva son vaxtlar sosial şəbəkədə tez-tez kəskin tənqid olunduğundan gileylənib.

Milli.Az xəbər verir ki, yeniçağ.az-a açıqlama verən müğənni sosial şəbəkədə paylaşdığı fotolarının altında xoşagəlməz iradların, hətta təhqirlərin belə yazıldığını dedi:

"Hərdən fotolarımı paylaşıram, amma dərhal da peşman oluram. Çünki şəkillərimin altında elə kobud sözlər, təhqirlər yazırlar ki, əsəbiləşirəm. Biri yazır ki, qocalıb, utanmır bu nə şəkillərdir paylaşır, o biri yazır nə gündəsən...Qısa ətəyim də bəzi insanlarda qıcıq doğurur. Heç birinə cavab yazmıram. Bu camaatı anlamaq olmur. Hərdən bezirəm. Ay camaat, əyri ayaqlarım yoxdur ki, üstünü örtüm. Əgər mənə yaraşırsa, niyə də geyinməyim? Görünür bəzi insanlar mənim gözəlliyimi həzm edə bilmir".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.