Ölkə

Səhhəti pisləşən Könül Xasıyeva: "Dişim, saçım tökülüb" - FOTO

22 May 2017 14:13
19 Şərh     Baxış: 13 624
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Səhhətinə görə xeyli müddətdir efirlərdən uzaq düşən xalq artisti Könül Xasıyeva "10-dan sonra" verilişində qonaq olub.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, xalq artisti efirdə bildirib ki, onurğa iflicindən əziyyət çəkir:

"Haqqımda gedən bütün yazılara son qoysunlar. Ən azından mənim yaşlı atam-anam var. Dəri xərçəngi ilə bağlı yazı çıxmışdı. Kimsə bunu anama deyib. Şəkər xəstəsidir, təzyiqi var, çox çətin anlar yaşayıb. Düzdür, səhhətimlə bağlı bəzi problemlərim var, övladım da xəstədir. Ancaq mən dəri xərçəngindən əziyyət çəkmirəm. Ömrümün 6 ilini övladıma həsr elədim, heç kimə bildirmədim. Özüm o yükün altına tək girdim. Oğlum Kazımın indi 9 yaşı var. 3 yaşından narahatdır. Son 2 ildə vəziyyəti daha da pisləşib. Hər şeydən geri çəkildim. Evimi, maşınımı oğlumun yolunda qurban elədim. Amma əvəzində balamı, çox şükür, ikinci dəfə qazandım. Hər il özüm müalicələr götürürəm. Kazımla əlaqəli 2 il müalicələrə getmədim. Buna görə də, səhhətimdəki problemlər üstələdi məni. Onurğamda problemlər yaranıb, iflicdir. Stress yaşayıram. Allah ömür verərsə, yaşayaramsa, səhnəyə dönmək imkanım olarsa, yenə də həyatım əvvəlki kimi davam edəcək".

Qeyd edək ki, verilişin sonlarına yaxın aparıcı hacı Nuran telefonla efirə qoşularaq "Həyat" fondunun Könül Xasıyevaya kömək edəcəyini bildirib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.