Ölkə

Güləşçimiz finalın bir addımlığında büdrədi - YENİLƏNİB

20 May 2017 12:30
0 Şərh     Baxış: 1 094
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

12:30

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında sərbəst güləşçilərin mübarizəsi davam edir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, yarımfinal mərhələsində təmsilçimiz Şərif Şərifov (86 kq) iranlı Həsən Yəzdaniçərati ilə qarşılaşıb.

İki Olimpiya çempionunun görüşündən İran güləşçisi qalib çıxıb - 0:11.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

---------

11:11

Sərbəst güləşçimiz Şərif Şərifov 1/4 finalda Pakistan idmançısı Məhəmməd İnamla üz-üzə gəlib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Olimpiya çempionumuz bu dəfə də vaxtından əvvəl qalib gələrək yarımfinala yüksəlib - 11:1.

----------

10:18

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında sərbəst güləş yarışları davam edir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, 86 kq çəki dərəcəsində çıxış edən təmsilçimiz Şərif Şərifov 1/8 finalda iraqlı Əl Muşatta ilə qarşılaşıb.

Daha yaxşı güləşən Ş.Şərifov növbəti mərhələyə yüksəlib.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.