Ölkə

Aşağı qiymət alan abituriyentlər üçün YENİ ŞANS

19 May 2017 17:26
5 Şərh     Baxış: 1 660
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aprelin 9-da rus bölməsi abituriyentləri üçün keçirilmiş "Azərbaycan dili" imtahanında qeyri-məqbul qiymət alan və ya iştirak etməyən abituriyentlərin nəzərinə!

Dövlət İmtahan Mərkəzindən Milli.Az-a verilən məlumata görə, 16-31 mart tarixlərində elektron ərizələrini təsdiq etmiş, lakin 9 aprel 2017-ci il tarixində rus bölməsi abituriyentləri üçün keçirilmiş "Azərbaycan dili" fənni imtahanında  "qeyri-məqbul" qiymət alan və ya iştirak etməyən abituriyentlərin ikinci imtahanda iştirakı üçün qeydiyyatı başlanıb.

Yuxarıdakı kateqoriyaya aid olan abituriyentlər tələb olunan məbləği şəxsi kabinetlərinin hesabına əlavə edib mayın 31-dək DİM-in internet saytının müvafiq səhifəsində qeydiyyatdan keçməlidirlər.

Elektron ərizələrini 4-22 may tarixlərində təsdiq edən rus bölməsinin abituriyentləri isə "Azərbaycan dili" fənni imtahanına birbaşa olaraq  qeydiyyatdan keçmiş hesab olunur və onlar ikinci imtahanda iştirak edəcəklər. 

Rus bölməsinin abituriyentləri üçün ikinci "Azərbaycan dili" fənni imtahanı iyun ayının 11-də Bakı və Naxçıvan şəhərlərində keçiriləcəkdir.

Abituriyentlərə "Azərbaycan dili" fənnindən 30 test tapşırığı təqdim edilir. Hər düzgün cavab bir balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. İmtahanının nəticəsi "məqbul" və ya "qeyri-məqbul"la qiymətləndirilir, "məqbul" alanlar qəbul imtahanlarına buraxılırlar. Abituriyentin "məqbul" alması üçün onun topladığı bal 15-dən az olmamalıdır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.