Ölkə

Daşkəsəndə güclü külək: Dağıntı var - FOTO

19 May 2017 16:08
0 Şərh     Baxış: 2 070

Bu gün günorta saatlarında Daşkəsən rayonunda əsməyə başlayan güclü külək bir sıra fəsadlar törədib.

Milli.Az ARB Kəpəz-ə istinadla xəbər verir ki, külək əsasən kommunal təsərrüfata ziyan vurub.

Bir neçə yaşayış binasının və fərdi evin dam örtüyü yararsız hala düşüb. Külək çoxillik ağacları və gecə işıqlandırma dirəklərini də aşırıb. Aşan ağaclardan bəziləri avtomobillərin üzərinə düşərək onları yararsız hala salıb.

Hələlik küləyin vurduğu zərərin miqdarı müəyyən edilməyib. Daşkəsən rayon Fövqəladə Hallar Komissiyasının üzvləri təbiət hadisəsinin fəsadlarının aradan qaldırılması və dəymiş ziyanın miqdarının müəyyənləşdirilməsi istiqamətində iş aparır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.