Ölkə

"Qadınlar sosial şəbəkələrə, dini sektalara aludə olmamalıdırlar" - Komitə sədri

19 May 2017 15:59
3 Şərh     Baxış: 1 219
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Qadınlar sosial şəbəkələrə, pis vərdişlərə, dini sektalara aludə olmamalıdırlar".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib.

Onun sözlərinə görə, bəzən komitəyə qadın sonsuzluğunun artması və buna səbəb kimi qadınların fiziki sağlamlığının yaxşı olmaması ilə bağlı müraciətlər daxil olur.

Komitə sədri hesab edir ki, idmanla məşğul olmaq üçün cəmiyyətin, valideynlərin düşüncə tərzlərini inkişaf etdirmək lazımdır: "Bəzən deyirlər ki, idman qadınlar üçün deyil. Ancaq tarixə nəzər salanda qadınlarımızın kişilərlə birlikdə at çapdıqlarını, ox atdıqlarının şahidi olmuşuq. Zaman keçdikcə qadınlar bu streotipi qırmağı bacardılar".

O bildirib ki, bu gün qadın idmançılarımız bir çox beynəlxalq yarışlarda ilk yerləri tuta biliblər: "Qadınların fiziki fəallığı kişilərə nisbətən az olsa da, gələcək sağlam nəslin yetişməsinə şərait yaratmış olur".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.