Ölkə

Azərbaycanda proteindən ölüm faktı - İçək, ya içməyək?

19 May 2017 15:24
5 Şərh     Baxış: 1 834

Ötən gün Ağdam rayon sakini Sabir İbrahimovun protein qəbul etməsi nəticəsində dünyasını dəyişməsi həmin qidaların zərərli olub-olmaması məsələsini növbəti dəfə gündəmə gətirib. 

Uzun zamandır, Azərbaycanda protein qidalarının insan orqanizminə mənfi və ya müsbət təsirləri barədə vahid fikir yoxdur. İdman məşqçiləri bunun heç bir ziyanı olmadığını bildirsələr də, həkimlər bu fikirlə qətiyyən razılaşmır. Elə dünən 36 yaşlı S. İbrahimovun da ölüm səbəbinin protein olduğunu həkimlər qeyd ediblər. Onlar bildirib ki, idmançı protein qəbul etməsinə görə qaraciyəri sıradan çıxıb. 

Milli.Az xəbər verir ki, qafqazinfo məsələnin yenidən aktuallaşdığı bir  məqamda idman məşqçisi Ceyhun Vəliyevə və həkim Turan Qurbanovaya müraciət edərək fikirlərini öyrənib. 

C.Vəliyev protein qəbul etməklə insanın qaraciyərinin yüklənmədiyini qeyd edib: 

"Ümumiyyətlə, protein orqazimdə dövr edərkən qaraciyəri görmür. İdman qidalarının çoxu ya mədədə, ya da əzələdə parçalanır. Həkim Bərdədə vəfat edən idmaçının ölüm səbəbinin protein olduğunu necə deyə bilər? Proteinin ümumiyyətlə orqanizmə zərəri yoxdur. Həmin idmançı yəqin ki, insulin vurmaqdan, ya da sirop qəbul etməkdən dünyasını dəyişib. İdmançıların çoxu yarışlara hazırlaşan ərəfədə şəkər xəstələri üçün olan insulin iynəsindən istifadə edirlər ki, çəkiləri daha tez artsın. İnsulin şəkəri disbalans edir. Ola bilsin ki, ondan dünyasını dəyişib. Çünki bir müddət əvvəl poverliftinq idman növü üzrə çempionumuz Zərdüşt Həsrətov dünyasını dəyişdi. Həmin idmançı da insulindən vəfat etmişdi. İnsulini vurduqdan sonra 3 saat ərzində yatmaq olmaz. Həmin idmançı da insulini vurub yatmışdı. Yuxuda olan zaman da dünyasını dəyişmişdi. İndi bu idmançı da ya insulindən, ya da iynələrdən rəhmətə gedib".

O, əlavə edib ki, Azərbaycanda protein sahəsi üzrə ixtisaslaşmış konkret həkimlər yoxdur: "Ölkədə idman nutrioloqu yoxdur. Bir dəfə televiziyaların birində həkimlə də məsələni mübahisələndirmişdim. Hamısı elə bilirlər ki, protein qidaları iynə və ya dərmandır. Proteini canlı yayımda həkimə göstərib soruşdum ki, tərkibindəki hansı maddəyə görə bunun ziyanlı olduğunu deyirsiniz? O, proteinin tərkibinə baxdı, ancaq heç nə deyə bilmədi. Həkimlər heç proteinin tərkibini bilmirlər. İdman nutrioloqu olmadığına görə də istifadiçələrə məşqçilər yardım edir. Bu  qidaları qəbul edənlər də məşqçiləri ilə məsləhətləşməlidirlər".

Həkim Turan Qurbanovanın sözlərinə görə isə proteinin tamamilə zərərli olması haqqında konkret informasiya yoxdur: 

"Adətən idmançılar bədənlərini gücləndirmək üçün uzun müddət və yüksək dozada protein qidalarından istifadə edirlər. Bu qidalar daha çox böyrəklərdə və qaraciyərdə pozğunluq yaradır. Belə ki, həmin qidalardan uzun müddət istifadə etdikdə böyrəklərin xroniki xəstəliyi yarana bilər. Bundan əlavə allergiya mümkündür (yəni, həmin qidanın tərkibində olan hər hansı zülala qarşı). Ola bilər ki, həmin zülalı bədən qəbul etməsin. Həmçinin bağırsaqlarda yaşayan mikrofloranı dəyişdirə bilər. Belə ki, bağırsaqda yaşayan bakteriyaların artmasına səbəb ola bilər ki, bu da bir bakterioza gətirib çıxarır. Bundan əlavə,  köklük, abdonominal ağrılar baş verə bilər.  

Qidalar böyrək vasitəsilə orqanizmdən xaric olunur. Ona görə də əsasən böyrəkdə pozğunluqlar yarada bilər. Həmçinin də qaraciyəri poza bilər. Qaraciyəri, yaxud böyrəyi sıradan çıxarması məsələsi isə individualdır. Belə ki, kimin hansı orqanizmi zəifdirsə, birinci növbədə ona təsir edir". 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

5 Şərh:

  • Anonim
    Sebr · 19 May 15:5740

    Bu qədər idman yarışlarının keçirildiyi ölkədə idman nutrioloqu yoxdur!?

    Cavab yaz
  • Anonim
    Sevgi deryasi · 19 May 16:1100

    Içmeyin ne olar.Cox ziyandir.Menim sevgilim de,icir.Min defe deyirem icmesin,vecine de,deyil.

    Cavab yaz
    • Anonim
      ss · 19 May 17:3720

      senin sevgilinde var

      Cavab yaz
  • Anonim
    sebuhi · 19 May 16:2900

    salam miqdarindan cox icende ziyandi allah rehmet elesin

    Cavab yaz
  • Anonim
    orbet. · 19 May 18:4700

    İdamançının orqanizminə protein lazımdır? Lazımdır! Amma necə daha məsləhətdir. Gündəlik təbii qidalar vasistəsilə ödəmək lazımdır. Siz nə danışırsız Qaraciyər lipoprotein istehsalında birbaşa iştirak edir. Lipoprotein nədir? Lipoprotein vəzifəsi orqanizmdə protein və yağların daşınmasına icra edər. Həmçinin dünya tibb sahəsində mədə-bağırsaq və qaraciyər xəstəlikləri bir sistemə aiddir. Boş yerə deyil ki elə kortizon və.s tərkibli dərmanlar var ki qaraciyər qan testinə təsir edər. Yəni normal haldan yüksəldər. Mən protein tozunu mütəmadi olaraq qəbul etməyi məsləhət görmürəm.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.