Ölkə

Bakı sakinləri işğal olunmuş torpaqların azad olunacağına inanır? - SORĞU

18 May 2017 20:15
1 Şərh     Baxış: 1 555

Bu gün Azərbaycanın strateji cəhətdən mühüm əhəmiyyət kəsb edən Laçın rayonunun Ermənistan ordusu tərəfindən işğalından 25 il keçir. Laçından başqa Dağlıq Qarabağ və ətraf altı rayon da uzun illərdir ki, işğal altındadır. Bu hərbi təcavüz nəticəsində 1 milyondan çox azərbaycanlı tarixi torpağından didərgin düşüb. Bəs Bakı sakinləri Dağlıq Qarabağ münaqişəsinin həllinə inanırmı?

Bununla bağlı "ACT Azərbaycan"  19 aprel - 1 may tarixlərində Bakı şəhərində sorğu keçirib.

Milli.Az sorğu nəticələrini təqdim edir:

Rəyi öyrənilmiş respondentlərin böyük əksəriyyəti (94 %) torpaqların işğaldan azad olunacağına inanır. Cəmi 6 % münaqişənin həllinə bədbin yanaşır.

Sualı cavablandıran qadınların  93 %-i, kişilərin isə 97 %-i işğal olunmuş Dağlıq Qarabağ və ətraf 7 rayonun işğaldan azad olunacağına inanır. 

Sorğu 19 aprel - 1 may tarixlərində Bakı şəhərində 400 respondent arasında telefon vasitəsilə həyata keçirilib. Sorğu nəticələrinin yanlışlıq həddi maksimum 4.9 %-dir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Vetenperver · 18 May 20:3860

    Yalniz herb yolu ile!

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.