Ölkə

Aynur Kərimova vəzifədən azad edildi

18 May 2017 15:56
10 Şərh     Baxış: 14 144

BDU-nun Jurnalistika fakültəsinin Televiziya və Radio jurnalistikası kafedrasının müdiri Aynur Kərimova vəzifəsindən azad edilib.

Milli.Az xəbər verir ki, bu barədə qaynarinfo-ya BDU-nun mətbuat xidmətindən bildiriblər.

Məlumata görə, kafedra müdiri vəzifəsi seçkili olduğuna görə hər 4 ildən bir müsabiqə elan olunur. Bu il də Bakı Dövlət Universitetində vakant olan bir neçə kafedra müdiri vəzifəsini tutmaq üçün müsabiqə elan olunub. Həmin kafedranın müdiri vəzifəsini tutmaq üçün 2 nəfər - dosent Aynur Kərimova və filologiya üzrə elmlər doktoru Allahverdi Məmmədli sənədlərini təqdim edib.

Mövcud təlimata uyğun olaraq, bu məqsədlə fəaliyyət göstərən xüsusi komissiyada gizli səsvermə yolu ilə seçki keçirilib və nəticələrə görə, Allahverdi Məmmədli kafedra müdiri seçilib.

Qeyd edək ki, hazırda Aynur Kərimovanın ixtisasına uyğun olaraq müvafiq işlə təmin olunması məsələsi müzakirə olunur.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

10 Şərh:

  • Anonim
    g · 18 May 16:1941

    eceb olub pıs insandı

    Cavab yaz
  • Anonim
    Jale · 18 May 17:4070

    Bu kafedra mudirlerini 4 ilden bir nece "sechildiyini " yaxshi bilirik. Kafedra mudurleri omurluk sechilir. Ele kafedra mudurlerimiz var ki, 90 yashi var , ne gozu gorur, ne ayagi yeriyir, ne qulagi eshidir, ishede az qala qucaqlarinda getirirler, yenede mohkem yapishib o kreslodan, sanki, o biri dunyaya ozu ile aparacaq. Cavan kadrlarda ilerle mene , belke. , novbe chatar deye, saqqal agardir.

    Cavab yaz
  • Anonim
    Jale · 18 May 17:4370

    En duzgunu - butun vezife sahiblerini, memurlari her 5 ilden bir deyishmek. Onda bilecekler ki, muveqqetidirler, burunlari dik qalxib, insanlara yuxaridan ashagi baxmayacaqlar.

    Cavab yaz
  • Anonim
    Jale · 18 May 17:5720

    BEs esas sherhim hani? Eger sherhler yazilisa ve etik normalar pozulmursa, niye sherhi vermirsiniz?

    Cavab yaz
  • Anonim
    Jale · 18 May 18:0300

    Sag olun, sherhi verdiniz.

    Cavab yaz
  • Anonim
    MKM · 18 May 19:5550

    Menim kafedra mudirimin 82 yasi var, O hele gelecekde goreceyi islerinden, coxlu planlarindan danisir :) menimse bu gunden sabaha umidim yoxdu.

    Cavab yaz
  • Anonim
    aydan · 19 May 11:0900

    her kes oz yerini tapir Allah boyukdur.

    Cavab yaz
  • Anonim
    Cəhrə qarı · 19 May 11:2400

    Daha nə qaldı müzakirə etməyəsiz......rektorları da müzakirə edin..

    Cavab yaz
  • Anonim
    Əli · 19 May 12:0900

    BDU-da səf etmirəmsə dekan müavini olan müəllimə hansısa tələbəni məhkəməyə verib ki, məni rüşvət almaqda suçlayır və mən özümü təhqir olunmuş kimi hesab edirən. İlahi sən bizim gənclərimizi bu .... qoru.

    Cavab yaz
  • Anonim
    Süleyman · 19 May 15:2600

    İndiki jurnalistlərin savadsızlığına və ana dillərindəki sözlərlə öz fikirlərini ifadə edə bilməmələrinə baxanda xanım Aynur Kərimovanın iş bacarığı haqda təsəvvür etmək olar.Bütün jurnalistlər yerli-yersiz mənasız və başqa dillərdən götürülərək təhrif olunmuş türk sözlərini işlədirlər.8 yaşlı türk uşağı bizdə uşaqlarla oynayan zaman niyə bizim dildə danışmırsan sualına -kəndi dilim var nədən sənin dilində konuşum deyir.Bizim jurnalistlərin kəndi dili yoxdur və babaları elə bir iyrənc dil yaradıblar ki onlar bu dildə danışmağa utanırlar.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.