Ölkə

"+18" sərgisini təşkil edənlər məhkəməyə veriləcək - “Utanmadınız?"

18 May 2017 13:55
13 Şərh     Baxış: 4 477

"+18" sərgisinin təşkilatçıları və rəssamla bağlı hüquq-mühafizə orqanlarına müraciət olunacaq.

Milli.Az xəbər verir ki, bunu aznews.az-a Azərbaycan Uşaqlar Birliyini sədri Kəmalə Ağazadə Bakıda keçirilən qız kuklalarından ibarət "+18" sərgisinə münasibətində deyib. O bildirib ki, qanunla belə bir sərginin keçirilməsi üçün lazımi qurumlardan icazə alınmalıdır:
 
"Mən anlaya bilmirəm, kuklalardan ibarət sərginin keçirilməsində məqsəd nədir? Biz tədbirlər, seminarlar keçirəndə nə böyüklükdə mərhələlərdən keçirik, lazımi qurumlardan icazələr alırıq. Belə bir sərginin keçirilməsi üçün icazə alınıb? Ümumiyyətlə, bu sərginin məqsədi nədir? Nəyi təbliğ edirlər? Hansısa bir fahişə qadının keçmişini? Bu, nə rəzalətdir, nə biabırçılıqıdır? Uşaqları düşünün. Uşaqların oyuncaqları ilə siz nə edirsiniz? Oyuncaqlar üzərində nümayiş etdirdiyiniz bu obrazlar psixoloji problemi olan uşaqlara mənfi təsir edir. Ən əsas odur ki, bunu uşaqlar görəcək".
 
Kəmalə Ağazadə qeyd edib ki, bu sərgi Rusiyada keçirilib və böyük narazılığa səbəb olub: "Utanmadınız ondan? Gördünüz ki, orada niyyətiniz baş tutmur, Azərbaycanda həyata keçirməyi planlaşdırdınız? Bəyəm Rusiyada olanlar bu rəssama dərs olmur? Sən nəyi əldə etməyə çalışırsan? Bir azərbaycanlı olaraq nəyi təbliğ eləmək istəyirsən? Bu, belə qala bilməz. Uşaqların oyuncaqları kimlərinsə pis niyyətinə çevirilə bilməz. Onlar cavab verməlidir."
 
Kamalə Ağazadə bununla bağlı Mədəniyyət və Turizm Nazirliyinə və hüquq-mühafizə orqanlarına da müraciət edəcəyini vurğulayıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

13 Şərh:

  • Anonim
    anonim · 18 May 14:0150

    duzu bir nece gun evvel bu sergi barede xeberde men fikirlesdim ki ne menasiz sergidi. bu kime lazimdi ? yaxsi ki bezi insanlar haqli olaraq etirazlarini bildiribler .qoyulmus sekillere baxanda da qeyri normalliq hiss olunur.

    Cavab yaz
  • Anonim
    !! · 18 May 14:0450

    Mutleq olcu goturulmelidir.Burda bezileri de mena axtarirdi tapirdi.biyabirciligin son heddidiki gelincikleri ne hala getiribler.

    Cavab yaz
  • Anonim
    asi · 18 May 14:0560

    Sağ olsun..Düz deyir..O gün də yazmışdım ki, bəzi işlər iki mənalı olur...Biri yalançı mahiyyət, digəri isə onun arxasında gizlədilən əsl mahiyyət...O qədər ibrətamiz sərgilər təşkil etmək olarkən bu cür iyrənc obrazlı kukla sərgisinin keçirilməsi saf və təmiz niyyətli ola bilməz....Biri bunda uşaqların istismarına qarşı addım görsə də digərində uşaqlara maraq oyadar...

    Cavab yaz
  • Anonim
    )) · 18 May 14:0550

    Axir ki bu rezilliye etirazini bildiren tapildi burda,mena "axtaranlar size de cox ayib olsun

    Cavab yaz
  • Anonim
    Men · 18 May 14:1330

    Kemale xanimin fikirleri ile raziyiq. Bu sergini kecirenler en azi her hansisa bir teshkilatdan icaze alib. Bes icaze veren ucun maraqli deyilmi ki, neye icaze verir?.......

    Cavab yaz
  • Anonim
    səkinə1 · 18 May 14:2020

    həmişəki kimi yenədə düzgün mövqedən danışırsız Kəmalə xanım.verin o,məqsədi bəlli olmayanları məhkəməyə...

    Cavab yaz
  • Anonim
    Şafa · 18 May 14:3610

    Aaa bir bu qalmışdı tv internet verirdi az idi indi də sərgisi çıxdı. Yaxşıdı bir o qalıb gözümüzü yumaq döyüb şilləliyib zornan baxdıralar. Təzə texnalogiya çıxacaq yatanda yuxuvada girəcəklər

    Cavab yaz
  • Anonim
    --- · 18 May 14:4020

    Wukur kimse bu iwle maraqlandi

    Cavab yaz
  • Anonim
    ROŞKA · 18 May 14:4900

    Bu sərgi təşkil olunanda hara baxırdız ki,,,??? indi məhkəmə qurursuz.Hər halda bu elə belə təşkil olunmayıb.Ayəti təşkilatlar xəbərdar olub və icazə verilib.....

    Cavab yaz
  • Anonim
    Yağmur · 18 May 15:1020

    Men bu fikirle tam razıyam.bu ne demekdir,siz bununla uşaqlara nece örnek olacaksınız başa düşmürem,hara baxır aidiyyatı qurumlar?

    Cavab yaz
  • Anonim
    zzz · 18 May 15:1320

    şikayət edin xanım Allah köməyiniz olsun.

    Cavab yaz
  • Anonim
    Teacher · 18 May 15:4220

    Men o gun dedimda bu nedi menasi nedi 18+?Buqeder isin problem icinde necede vaxt tapirlarde bele bow menasiz iwlere.

    Cavab yaz
    • Anonim
      sena · 18 May 20:4300

      Lap yaxwj olub ureyimden olacaq ceza verseler

      Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.