Ölkə

Rafiq Hüseynovdan ürəkparçalayan sözlər: "Dua edin ki, ölməyim"

18 May 2017 11:56
9 Şərh     Baxış: 7 394

Vəziyyəti pisləşdiyi deyilən xalq artisti xəstəxanaya yerləşdirilib.

Ağır vəziyyətdə Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilən xalq artisti, məşhur diktor Rafiq Hüseynlinin səhhəti yaxşılaşıb:

"Ayaqlarım tutulmuşdu, demək olar ki, yeriyə bilmirdim. Nəfəsalmamda ciddi problemlər yaranmışdı. Başgicəllənmələr, halsızlıq yolumu xəstəxanadan saldı. Burada da həkimlərin hamısı dostlarımdır. Sağ olsunlar, ilk müayinə və müalicə öz effektini verdi. Əslində, səhhətimdə baş verənlər onkoloji xəstəliyimlə əlaqəli deyil. Çünki Türkiyədə yenicə müayinə olunmuşam, xəstəlikdə irəliləmə yoxdur. Hazırkı durumum şəkər və ayaqlarımın problemləri ilə əlaqədardır. Artıq sizinlə normal danışıramsa, demək ki, səhhətim düzəlir".

Milli.Az yenicag.az-a istinadən xəbər verir ki, məşhur diktor sevənlərinə də səslənib:

"Bilirəm ki, məni sevən insanlar həddən artıq çoxdur. Hamısı mənə görə narahatdır. Dualar edir. İnanın ki, insanların duaları məni sağaldır. Mən bundan sonra sizlərin duası ilə daha çox yaşayacam. Dua edin ki, ölməyim".

Qeyd edək ki, məşhur diktor ağciyər xərçənginə qarşı mübarizə aparır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

9 Şərh:

  • Anonim
    Rafet · 18 May 12:0260

    Allah sefa versin size Rafig müellim. Daima bütün dualer sizinle olsun. Bütün xestelere allahdan sefa dileyirem

    Cavab yaz
  • Anonim
    Azəbaycanlı · 18 May 12:0240

    Allah sizə qıymasın. Sizə .şəfalər diləyirəm. Siz gözəl insansınız.

    Cavab yaz
  • Anonim
    Kazakstan · 18 May 12:0440

    Çox hörmətli və milyonlar tərəfindən sevilən Rafik müəllimə Kazakstanda yaşayan bütün azərbaycanlılar adından sağlam həyat arzulayıram. Uca Allah dualarımızı eşitsin. AMİN.

    Cavab yaz
  • Anonim
    Z.A · 18 May 12:1620

    Allah komayi olsun

    Cavab yaz
  • Anonim
    Hamaya Kazimova · 18 May 12:3070

    Chox shükür !!! Chox shükür !!! Chox shükür !!!

    Cavab yaz
  • Anonim
    men · 18 May 12:3330

    Allah wefa versin. Tezlikle sagalsin. Evezolunmaz diktordu

    Cavab yaz
  • Anonim
    086 · 18 May 13:1910

    allah size olum qiymasi siz halqin sevimlisisiz allah size komek olsun Rafik mellim

    Cavab yaz
  • Anonim
    Vaqif · 18 May 13:1920

    ALLAH şefa versin.ALLAH kömeyiniz olsun.Amin.

    Cavab yaz
  • Anonim
    lalə · 18 May 16:1510

    Rafiq müəllim.Allahdan sizə şəfa diləyirəm. Biz sizi sağlam və güləriz görmək istəyirik. Allah ömrünüzü üzün eləsin. Amin.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.