Ölkə

Tanınmış şairə gəlininin intiharından danışdı: "Bacısı oğlumun dostu ilə yatıb. İntiharın əsl səbəbi budur" - YENİLƏNİB - FOTO

18 May 2017 13:12
60 Şərh     Baxış: 31 585

13:12

Bir neçə gün öncə yaşadığı binanın balkonundan özünü ataraq intihar etmiş Bakı şəhər sakini Susana Şərifovanın qayınanası - şairə, Yazıçılar Birliyinin üzvü Simuzər Nüsrətbəyli ölkə.az-ın suallarını cavablandırıb. 

Milli.Az sözügedən sayta istinadən müsahibəni təqdim edir:

Qeyd edək ki, S.Çərifovanın həyat yoldaşı Əbülfəz Baxşıyev hadisəylə bağlı saxlanılıb.

- Simuzər xanım, oğlunuzla Susana Şərifovanın vətəndaş nikahında yaşamağından xəbəriniz var idi?

- Bəli.

- Neçənci ildən birlikdədirlər?

- İki il övladları olmadı, böyük qızlarının altı yaşı var. 

- Niyə rəsmi nikah olmayıb?

- Kəbinləri var. Amma tutarlı səbəblərə görə nikah olmayıb. Mənimçün nikahın marağı yox idi. Gəlinim idi, evimdə yaşayırdı, hər şeyim onun olub, güldən ağır söz deməmişəm, ana olmuşam, qayınana yox. Allah ona rəhmət eləsin. Kaş özü sağ olaydı və danışan insanların cavabını özü verəydi. Susasanın psixoloji problemi vardı. Əbülfəz isə ali təhsilli oğlandır. Yazırlar ki, guya narkoman olub. Onlar bir-birini çox seviblər. İki balaları var. Kiçik qızlarının mayın 28-də yeddi ayı tamam olacaq. O belə hərəkət edəndə Əbülfəz başını divarlara vururdu, şokdaydı.

- Hadisə baş verən vaxt siz evdə idiniz?

- Bəli, evdəydik. Əbülfəs o biri otaqdaydı, mən orta otaqda. Bir də gördüm ki, Susana balkonun o biri tərəfinə keçib və oradan sallanıb. Əliylə taxtadan yapışmışdı. Görən kimi şoka düşdüm, hələ də özümə gəlməmişəm. 

- Psixoloji pozuntusunun olduğunu bildirdiniz. Məsələn, qeyri-adi hansısa hərəkətlər edirdi?

- O saçını ülgüclə keçəl eləyirdi. Deyirdi ki, belə xoşuma gəlirdi. Evdən tez-tez qaçırdı. Neçə dəfə balkondan özünü atmaq istəyəndə oğlum onu saxlayıb. Əbülfəz qorxudan qapıları bağlayırdı ki, o, özünü ata bilər. Mənim yeganə səhvim odur ki, Susananı psixoloqa aparıb, kağız almamışam. 

- Neçənci mərtəbədən atıb özünü?

- Üçüncü mərtəbədən. Yaxınlaşdım, yalvardım ki, Susana, özünü atma, balalarına yazığın gəlsin.

- Nə əcəb siz Susanayla danışdığınız müddətdə oğlunuz gəlib onu xilas etmədi?

- Oğlum yaxınlaşmağa qorxurdu ki, birdən özünü atar. Elə yerdə dayanmışdı ki, ona yaxın getməyə qorxurduq. Oğlum balkonun altına qaçdı ki, özünü atanda tutsun. Amma çatdırmadı. İnsanlar da yığışıb videoya çəkirdilər. Beş-altı kişi yığışıb onu tuta bilərdi də. Amma etmədilər. Sosial şəbəkədə ağızlarına gələni yazanlar, Susananı xilas edə bilərdilər.

- Gəlininiz neçə yaşı var idi?

- Oğlum 1978-ci, gəlinim 1986-cı ildəndir.

- Bildirilir ki, Əbülfəz Susananı döyürmüş.

- Belə şey olmayıb. Onlar bir-birini seviblər. Bal aylarını Avropada keçiriblər, bir il orada yaşayıblar. Böyük qızları da orada doğulub. 

- Susana işləyirdi?

- Əvvəl oğlum işləməyinə icazə verirdi, sonra yox. Bacıları onun psixologiyasına mənfi təsir göstərirdilər. Belə şeyləri açıq danışmaq olmur da. Susananın bacısı mənim oğlumun masajçı dostuyla intim əlaqədə olmuşdu. Susana onu eşidəndə çox pis olmuşdu. Adətən masajçılar öz işlərini görürlər, başqa niyyətləri olmur. Oğlum onu döymürdü, sadəcə, bacılarıyla münasibətinə icazə vermirdi. İndi bacısı Əminə Susananın sinəsi açıq fotolarını paylaşır. Oğlum o fotoları görsə, başını divarlara vurar.

- Bu söhbətin üstü necə açılmışdı?

- Oğlumun dostu bildirdi ki, mən öz işimi görürdüm, başqa niyyətim yox idi. Amma o, məni intim münasibətə məcbur elədi. Susana da həmin bacısıyla - Əminəylə çox yaxın idi. Lazım olsa, Əbülfəzin dostunu məhkəməyə də gətirdəcəm. İndi Əminə yazır ki, Simuzər xanımla narkoman oğlu sənə qıydılar. Elə deyil axı. Əslində, Susananın intiharının əsl səbəbi budur. Əminə Susananın sinəsi açıq fotolarını "Instagram"da paylaşırdı. Əbülfəz də deyirdi ki, sənin belə fotoların sosial şəbəkələrdə nə gəzir?

- Hazırda uşaqlar kimdədir?

- Uşaqlar mənim yanımdadır. Oğlum bilsə ki, uşaqlar onlara gedib, intihar edər. Əbülfəz deyir ki, qızlarımı onun bacıları kimi böyüdə bilmərəm. Susananın anası rusdur. Rus olanda nə olar? İnsan idi. Doğrusu, elçi gedəndə anasının rus olmağına görə etiraz etmişdim. Amma dedilər ki, müsəlmanlığı qəbul edib, razılaşdım.

- Hər ikisinin ilk evliliyi idi?

- Susananın ilk, oğlumun ikinci evliliyidir. Əbülfəzin övladları ancaq bundandır. Oğlum övladlarına çox bağlıdır. Deyirdi ki, övladlarımın anasını heç vaxt atmaram. Bu gün Kürdəxanı təcridxanasına aparacaqlar.

- Nə işlə məşğul olurdu?

- Oğlum idmançıydı, trenajor zalında işləyirdi, mühafizəçi kimi çalışırdı. 

- Gəlininizin zərərli hesab ediləcək vərdişi var idi?

- Xeyr. Evdar, zəhmətkeş qız idi. Onların arasında bəlkə də elə söhbətlər olub ki, məndən gizlədiblər. Masaj məsələsini də məndən gizlətmişdilər. Bir də demək istəyirəm ki, bu uşaqlar onsuz da anasız qalıblar. Heç olmasa atalarından da məhrum olmasınlar. Çox istərdim ki, oğlum barəsində qərar çıxarılarkən bunlar nəzərə alınsın. Çünki o günahsızdır.

----------

11:51

Bakı şəhər sakini Susana Şərifovanın intiharıyla bağlı saxlanılan vətəndaş nikahında yaşadığı həyat yoldaşı Əbülfəz Baxşıyevin anası Simuzər Nüsrətbəyli oğlunun sözügedən məsələyə görə həbs olunmasını ədalətsiz hesab edir.

Milli.Az ölkə.az-a istinadən xəbər verir ki, S.Nüsrətbəyli gəlininin başqa səbəbdən intihar etdiyini düşünür:

"Susana Şərifovanın özünə qəsd etməsində, həyat yoldaşı Əbülfəz Baxşıyevin günahlandırılması tam yalandır. Bu intihara səbəb tam başqa şeylərdir. Psixoloji cəhətdən normal olmayan Susana Şərifovaya ailədə həmişə gözəl qayğı göstərilib. Yaxşı ki onun özünü intihar zamanı çəkilmiş videoları var. Həmin videoda hər şey açıq-aşkar görünür. Böhtan atanlar Allahdan qorxsun, ağızlarına gələni yazmasınlar. Susananın niyə intihar etməsi barədə sübutlar da var. İnşallah, haqq öz yerini tapacaq"

Qeyd edək ki, qafqazinfo-nun yaydığı xəbərdə bildirilir ki, Susana Şərifovanın ölümü ilə bağlı həbs olunan Əbülfəs Baxşıyevin anası Simuzər Nüsrətbəyli (Baxşıyeva) şair-publisistdir. O, AYB-nin üzvü olmaqla yanaşı, 10 kitabın müəllifidir. Eyni zamanda, "Ədəbiyyat qəzeti"nin əməkdaşıdır. Əbülfəs şairənin yeganə oğludur. Həm Susana, həm də əri əslən Lənkərandandır.

Susana azyaşlı uşaqları və həyat yoldaşı evdə olarkən özünü pəncərədən atıb. Fakta görə, rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

İstintaqla Baxşiyev Əbülfəs Yusuf oğlunun 2009-cu ildən etibarən rəsmi nikahları qeydə alınmasa da faktiki ər-arvad kimi birlikdə yaşadığı və maddi cəhətdən asılı olmuş Susana Şərifovanı dəfələrlə döyüb işgəncə verməsində, habelə amansız rəftar etməklə və ləyaqətini mütəmadi olaraq alçaltmaqla onu özünü öldürmə həddinə çatdırmasında əsaslı şübhələr olduğundan Ə.Baxşıyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Barəsində həbs qətimkan tədbiri seçilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

60 Şərh:

  • Anonim
    ?..... · 18 May 11:58457

    Simuzer xanim normal qaygikes ailesi olan hec bir qadinin ne psixoloji problemi olmaz nedeki gül kimi övladlarin qoyub özün öldürmez. Pulunuz varsa oglunuz haqli cixar narahat olmuyun...

    Cavab yaz
  • Anonim
    teselli · 18 May 11:58395

    nolduye ele butun intihar eden gelinlerin hamisinin psixi pozuntusu var idi???tebiiki bele deyessinizde. hec vaxt oglunun gunahkar oldugunu demez axi.yazig olenin halina.o psixi pozuntunu yaradanda sizin oglunuzdu. xos gunnen xos reftardan hec kimin esebleri pozulmaz ve intihar etmez.Allah rehmet elesin

    Cavab yaz
    • Anonim
      seva · 18 May 12:2594

      Cox duz dediz

      Cavab yaz
    • Anonim
      teselli · 18 May 13:57140

      ananin musahibesinin hc bir sozune inanmadim. sadece oglunu qurtarmaq ucun bunlari deyir

      Cavab yaz
      • Anonim
        leyla · 19 May 08:3100

        defelerle pencereden ozumu atmaq istemisem,iki balam gozumun onunde dayanb,

        Cavab yaz
  • Anonim
    seva · 18 May 12:0990

    Bu gozellikle hec olmeye deyerdimi?sivil. Qaydada ayrilardin.

    Cavab yaz
  • Anonim
    Viva · 18 May 12:2852

    Helə deyəcəksəndə hər bir halda, ay ana...

    Cavab yaz
  • Anonim
    Ayse · 18 May 12:48126

    Hemiwde gunah gelinde olur yad qizidir ax oz qizni bugune qoyacaqlar Onda bilecek neyin nece olduqnu

    Cavab yaz
  • Anonim
    Umrao · 18 May 13:33355

    Ekser qaynanalarin goz boyayici AG yalani /onu balam kimi sevmishem,yeri evimin bashinda olub,qizimdan secmemishem/Resmi nigaha salmayib,eve qeydiyata kecirmeyib.Budu analiq balaliq?Psixoloji problemi olan normal ailede ozune gelir,daha delilik,intihar heddine catdirilmir.Bacisi kimnense oyun cixarib guya gelin doze bilmeyib.Onda kimin neslinde kokunde ayagi surushken varsa ozun oldursun ki doze bilmirem.Cumlelerden saxtaliq,yalan tokulur.Kimise pis ovladina gore qinamaram o halda ki valideyn ovladiyla bacara bilmeyib,gucu,sozu kecmeyib.Bu hadisede ise her shey bashqa cur gorunur.

    Cavab yaz
    • Anonim
      Melek · 18 May 13:52135

      Cox dogru dediz hec bir qaynana gelini qizi kimi istemir. Olenin arxasinca danisacaqlar axi olunun danismaga dili yoxdu

      Cavab yaz
  • Anonim
    SEVA TOVUZ · 18 May 13:4173

    analarin pesesi ogullarini qizlarini temize cixarmaqdir gunahi olsada...amma anlamirsizki bu intihara esas sebeb deyil...oldukden sonrada bacisi gezecek eyer gezeyendirse...o qadin intihar edibse demeli gunu pis olub...hec kes ag gun gorduyu halda ozunu oldurmez...demeli gunah yoldasinda olub...nese eleyibki qadin ozunu oldurub...pis idi bosayardin...

    Cavab yaz
  • Anonim
    SEVA TOVUZ · 18 May 13:43115

    Gunah oglandadir 100%...camaat coreyi agzina yeyir qulagina yox...kimi aldadirsiz?ozunuzu ???

    Cavab yaz
  • Anonim
    Sabina · 18 May 13:5164

    Yaxwi qaynana yaxwi erden hec kim intihar edmir.Yaziq uwaqlar yaziq ana.Allah rehmet elesin.

    Cavab yaz
  • Anonim
    Ana · 18 May 14:0680

    Bu qadinin sozleri hec doqruya oxsamadi, ele bil usaq qandirir, en azindan insan Allahdan qorxar, ya doqrunu danis, ya da sus ,hec ne deme.

    Cavab yaz
  • Anonim
    . · 18 May 14:07105

    QAYNANA İLƏ BİR YAŞAYİRDİSA HƏR ŞEY AYDİNDİ.

    Cavab yaz
  • Anonim
    . · 18 May 14:0883

    BU QADİN ÖZ OĞLUNUN TƏRƏFİNİ SAXLAYACAQ DA.DAHA DEMİR Kİ,HANSİ NORMAL YAŞAYİŞİ,MEHRİBAN AİLƏSİ OLAN QADİN İNTİHAR EDƏR!!!

    Cavab yaz
  • Anonim
    ...... · 18 May 14:11140

    Əgər keçəl şəkli varsa onu da verin də.Bunlar nə danışır,yox bir daha nələr.Ağlı başında qadina bunun özü oxşamir.Gəlinə şər atmaq nəyə lazim,ay qadin..

    Cavab yaz
  • Anonim
    . · 18 May 14:20115

    Danışdığına bax e.Deyir 2 il övladlari olmayib.Sonra deyir 1 il Avropada yaşayiblar,böyük qizlari orada doğulub.Nc nc nc.İkincisi də ki,bu kişi belə ailəcanlı,ailə qədri bilən idisə niyə birinci ailəsini atib?Sual versələr bu qadina deyəcək əxlaqsiz idi.Vay vay,bu oğul analari necə politikdilər.

    Cavab yaz
  • Anonim
    55 · 18 May 14:3280

    bacısınnan özün öldürməyə nə dəxli bacının şəxsi həyatı şəxsi işidir çox yersiz söhbətdir

    Cavab yaz
  • Anonim
    bilen · 18 May 14:3395

    bacilari her necedi ondan senin oqluna ne dexli .camat oz arvadina aqaliq ede bilmir bu baldizin heyatina qariwir temboli rus qadininin,hecbir qadinsebebsiz korpe balasini qoyub ozune qesd etmez,yeqinki o qadinin bir pisixi problemi olsaydi oqlunuz onunla aile qurmazdi,eyer sonradan yaranibsa ozaman sebebin bilersiz,belede wekilde pisixi problemi olanada oxwamir

    Cavab yaz
  • Anonim
    /// · 18 May 14:3425

    heç gün görmüyənədə oxşamır haa şəkillərdən görünür

    Cavab yaz
  • Anonim
    sirr · 18 May 14:5440

    mene bir sey maraqlı göründü. hec bir aile sekillerinde uşaq gulumsemir xosbext görünmür.

    Cavab yaz
  • Anonim
    niku · 18 May 15:1340

    Heyif geline.

    Cavab yaz
  • Anonim
    asi · 18 May 15:2460

    Nə ana nə oğul sifətdən gəlinə, arvada sevgi göstərən tipə oxşamır..Gəlinin günü xoş keçsəydi özünü niyə atardı??

    Cavab yaz
  • Anonim
    Sevinc · 18 May 15:24100

    Heç də inandırıcı deyil. Ölən insan özünü qoruya bilmir deyə min cür böhtan atmağa nə var ki. Şairə olduğu deyilən bu qadından soruşmaq lazımdır ki yaxşı həyatı olan bir gəlin niyə psixoloji problem yaşayır və özünü öldürür? Gəlini haqqında bu cür danışan "şair ruhlu" qayınana fikirləşmir ki bu açıqlamaları gələcəkdə nəvələri oxuyacaq? Yazıq ölənə...Aşağıda dayanıb bir insanın ölüm anını çəkən və kömək etməyən "insan" lara da lənət olsun...

    Cavab yaz
  • Anonim
    naza · 18 May 15:3472

    Gelinin yox oglunuzun pxixoloji problemi var.Hec bir ana istemez bele bir ish etsin.O qeder bogaza yigilib ki bunu edib.Indi onun qizlari qaldi.onun kimi bir oglanda onun qizina ele bir ish etse ata,nene onu nece qebul edecek?Heyat bumeraqdir.qayidacaq.

    Cavab yaz
  • Anonim
    Ss · 18 May 15:42012

    Normal insan özünü intihar eləməz. Psixoloji problemi olubki özünə qəsd edib

    Cavab yaz
  • Anonim
    Teacher · 18 May 15:5792

    Hecbir qadin heledeki ana hecvaxt sebebsiz yere canina qiymaz.gor ne hedde catibki o hereketi edib.Allah heckimi canindan bezdirecek insanla rastlasdirmasin.qaldidaki nevarki olunun arxasinca bildiyini danismaga gunahdi etmesinler

    Cavab yaz
  • Anonim
    555 · 18 May 16:1871

    psixoloji pozgunlugu oksaydi,oglun onu almazdi,demek ki,gelin gelendenn sonra beynini yeyib bitirmisiz.arvadin sozlari duz gelmir,gah deyir,bashinu divara vururdu,yaxin ele bilmirdi,gah deyir,dushdu ashagi tutsun.2 ushagini qoyub gedecek qeder deli olsaydi,bu qaynana chixdan delilik kagizi alardi,allah bilir ne hede qorxu gelibler

    Cavab yaz
  • Anonim
    555 · 18 May 16:2180

    ushaglari da dindirsinler mence.neqadar o chix bilmish arvad beyinleruni yumuyub

    Cavab yaz
  • Anonim
    N... · 18 May 16:2593

    ela sairesen yalan sozler ILHAM perisi kimi sineden axib gelir. Sifetinnen ifritelik tokulur yad qizidi olub getdide oz oqluvu fikirles usaqi almasinlar. 3-cu defe de evlendirersen gorek bu ozunu hardan atir?????

    Cavab yaz
  • Anonim
    orbet. · 18 May 16:5497

    Tam dəqiqliyi ilə bilmək olmaz. Belə hesab edirəm ki, təbii ki, qadının öncədən psixoloji problemləri ola bilməz.Sonradan qadının yaşadığı həyatdan narazı olması intihara məcbur edib. Narazılıq nə ola bilər? Oğlan ailə quranda qızı olduğu kimi qəbul edib. Bir müddət bunu qəbul edib, birlikdə elə açıq-saçıq şəkilləri var və yayılıb da. Sonra isə çox ehtimal ki, kişi qadının bu tərzdə yaşamasına etiraz edib və münaqişələr yaranıb. İşləməyə də icazə verməyib. Ola bilsin ki, bacısı da intim münasibətdə olub. Hər kəs də bilir ki rus ailələrinin 80 faizində ailə qurmamışdan öncə qızların cinsi əlaqədə olması onlar üçün normal haldır. Bu məsələdə kişini daha da qıcıqlandırıb və bacısı ilə sıx əlaqədə olmağını qadağan edib.Qadın da təbii ki bu tərzdə tərbiyə almış biri olmaya bilər.Onun üçün həyat sıxıcı olub.Boşanmamasının səbəbi də uşaqlar olub boşanıb uşaqlarla tək həyat yaşamağı istəməyib.Uşaqları da ata bilməyib Başqası ilə ailə qurmağı uşaqlara kiminsə yad atalıq etməsini istəməyib. Üstün intiharı bilib.

    Cavab yaz
  • Anonim
    =-= · 18 May 17:02419

    eri ile semimi wekillerinden,geyimlerinden hiss olunur ki,eri ona yaxwi baxirmiw.bu camaat da esl sebebi bilmeden,ele aqizlarina ne geldi yazirlar.evin icini ,ozlerinden bawqa kim bile biler axi?ele bil adamlari qinamaqa,soymeye furset gozleyirler.bilmediyini daniwmaqin ozu de gunahdir.

    Cavab yaz
    • Anonim
      555 · 18 May 17:18136

      achiq sachiq geyinmek ,er arvada yaxshi baxir demek deyil.camaat da avam deyil,normal adam,arvadinin bele shekillerinin yaymaz,bu shekilleri bile bile paylashirlar ki,beezi avamlar fikirleshsin ki,kishi onu yaxshi yashadib.yaxshi heyatdan intihar edib bele chixir?

      Cavab yaz
  • Anonim
    555-e · 18 May 18:3933

    ne bilirsen ,bele oub? qesden wekil yayirlar,ya ne edirler?ele bil onlarin yaninda olmusan. besdirin,adam ehtimalnan,gumannan yox,delili,subutnan daniwar. deliliniz de yoxdur?

    Cavab yaz
  • Anonim
    87 · 18 May 19:0162

    bizim qohumda ogey anasi ile yawayan qiz var idi,yola getmirdiler,qarin dolusu corek yemirdi.ancaq qiz ozune fikir vereniydi,yeni kosmetika,geyim.anam Anamin ona yaziqi gelirdi,dedi ki,anasiz qizdi,alim oqluma,xow gun gorsun,hem de savabdi.Cox yarawiqli,aqilli,savadli qardawim var idi,anam bir nov mecbur kimi onu aldi getirdi evimize.Bizim weraitimiz ve maddi veziyyet,qizgilden cox ferqli idi,yeni gen-bol ev,bol yemek.Anam her gun yemeyi ozu,onun otaqina getirirdi ki,birden utanar.hec bir iw gormurdu.Amma bir muddet sonra o ele qudurdu ki,anama,bize en terbiyesiz sozler deyirdi,Ilk gunden bizlerden xow uz gorduyu ucun,hem de eri yumwaq adam olduqu ucun cixdi bawimiza.evimizi xaraba qoydu ,wer-bohtanlari ile,yersiz dava-dalawlari ile.her gunb atasi evine gedirdi,anam bir defe dedei ki,hec olmasa 3 gunden bir get,bu soze gore cixirdi balkona ki,ozumu atacam.ne ise cox bawimiza cox oyunlar acdi,atama,anama,bacilarima,aqzina geleni deyirdi,en pis sozlernen.Onun pis uzunnen anam,atam oldu.

    Cavab yaz
    • Anonim
      . · 18 May 21:0935

      Yaxşı görək.Sən dedin biz də inandiq.Adam sizinkimilərin əlindən ailə qurmaq istəmir

      Cavab yaz
    • Anonim
      87 ye · 18 May 22:4853

      Size hec inanmadim imkanli idiniz geline iki otaqev alib ayri yawayardi,onda her iki teref hormetli olur day indi burda bele yazirsan

      Cavab yaz
  • Anonim
    87 · 18 May 19:0642

    Hemin gelin evde qalan kicik bacima olmazin zulmun verdi,cadularla,qardawnan bacilari duwmen eledi.Cox terbiyesiz adam idi.Anamin ona yaziqi geldiyi ucun aldi,amma onun qizina zulm eledi.Indi de yawayir.Gelini de ona ,ozu kimi oldu.Ne ise demeyim odur ki,yeni hec kimi tanimadan, duzgun qerar vermek olmaz.Bilmek olmaz baw veren hadisede ,esl gunahkar kimdir

    Cavab yaz
  • Anonim
    Əmir · 18 May 20:0255

    Şərh yazanların hamısı hakim və müstəntiqdir. Ay balamçsizə kim ixtiyar verib ki, tanimadığınız adamları yıxıb-sürüyürsüz? dəhşətsiz e vallah

    Cavab yaz
  • Anonim
    Аyan · 18 May 20:1930

    sairesiz hec size yarasirmi gelininizin bacisi haqqinda dedikleriniz? Qizin gelende problemi olmuyub ki sizde yaranib eger siz dediyiniz kimidise

    Cavab yaz
  • Anonim
    Nazli · 18 May 22:0540

    Hec inandirici DEYIL

    Cavab yaz
  • Anonim
    Nazliiii · 18 May 22:0740

    Hec INANDIRICI DEYILE AY QAYNANA DEDIKLERIN

    Cavab yaz
  • Anonim
    Angel · 18 May 22:4521

    Fikir verirem ana ikide bir oglum bele ederdi ele ederdi demek gunah oglundadi.balalarin sevir kim dedi ki sevmir arvadin sevib ala biler amma evde gun veribmi?ne ise

    Cavab yaz
  • Anonim
    konul · 18 May 23:0140

    oglum yoldasinin aciq sekillerinin yayildigini gorse basini divarlara vurar deyir saire xanim eger beledirse ne ucun o cur geyindirib yaninda gezdirirdi indi olenden sonra bu ayib oldu

    Cavab yaz
    • Anonim
      777 · 19 May 09:5610

      Burdan deyir shekli gorse divra vurar bashini, burdan da deyir hirskendi ki, senin achiq shekillerin ne gezir sosial shebekede. Bashdan ayaga tezad var sozlerde

      Cavab yaz
  • Anonim
    22.48-e · 18 May 23:3231

    isteyirsen inan,isteyirsen inanma.men olani yazmiwam .ona gore yazdim ki,bize de bela gelen o gelin,tez-tez ozunu balkondan atmaq isteyirdi.ancaq haqli irada gore.yoxsa mene ne duwub?hec vaxt yalan daniwmamiwam,qaldi ki,ayri ev almaq meselesine.bizde qayda ele idi ki,oqul ata-ana yaninda qalmali idi.4 geniw otaqlarimiz,iki boyuk balkon.Imkanimiz ele de cox yox idi,amma gelinin cixdiqi eve nisbeten cox yaxwi idi.Ne ise,mence icden yanmayan,haqsiz olan adam,bura werh yazmaz.Gerek hec kime yaziqin gelmesin,Allah cox yaxwi bilir,kime hansi heyati yawatmalidir.gerek ,ozuve layiq olani secesen,yaziqin geleni yox .

    Cavab yaz
    • Anonim
      87ye · 19 May 00:1733

      Ay xanim menim qaynimin birse oglu var 4otaqda evi yenede ogluna ayri ev aldiji cavandilar serbest yawasinlar incimiyin sizin sehviniz orda olub.bizde bir soz gelin yaxwi olar?gelinimdi pis olar qonwumdu.elbettede her kes sozunun yaxwisini deyecek

      Cavab yaz
  • Anonim
    ele · 19 May 00:0331

    Eke senin oglunun sekillerie baxanda bilinir nece biri oldugu .Ele de ,,oglum, ,,oglum deyib danisirsan ki .,Allah bilir o insan ne ezablar cekib sizin evde .Her gun bacilari haqda bohtan ,iftira esitmekden .Bir insana nece qadaga qoymaq olar ki bacilarinla gorusme .Demeli canindan bezdirmisiz .

    Cavab yaz
  • Anonim
    QQ · 19 May 00:1950

    Bu saireye deyen lazimdir ki,senin oglun ixtiyar vermeseydi onun dostunun ne ixtitari var idi baldizi haqda agzuna geleni danismaga.Basa dusene baldiz bacidir .Onun pis bir herejeti olsa da hec bir dost risk eleyib bacinin yoldasinin yaninda danisa bilmez ki neticesi pis olar .Demeli bu adam ozu baldizindan danisirmus dost yaninda dostun da ayagi yer alirmis .

    Cavab yaz
  • Anonim
    journalist · 19 May 09:1720

    Bu qadının danışmağa hələ də dili var? Deyir iki il uşaqları olmadı,sonra da deyir bal ayına Avropaya getdilər, bir il orada yaşadılar, qızları da orada dünyaya gəlib.Ailəni şəxsən tanıyiram.Qogumları deyiləm. Sadəcə yerliyik. Susannanın saçını özü yox, əri qırxıb. Ürəyi belə istəyib. Baxıb həzz alırmış. Keçəl saç düzümü xoşlayanın bəs o uzun saçları nədir? Adını şairə qoyub. Deyir mənimçün rəsmi nigahın əhəmiyyəi yoxdur. Hüquqi dövlətdə yaşayasan, dövlətin qanunlarına zidd yaşayasan. Susannanın bacılarına şər atmasın.Onların normal ailələri var. Yaxşı da gəlinlərdirlər. iri yaxın dostumuzun həyat yoldaşıdır. Nə oldu ata evində psixiloji problemləri yox idi, ər evində oldu?

    Cavab yaz
  • Anonim
    Zehra · 19 May 11:5120

    meqalede 2 defe "oglum basini divarlara vurur(vurar)" cumlesi isledilir. xeyirdi goresen? birde cox maraqlidi ozunu atmaq isteyen adam, niye balkondan tutunub dusmek istemesin goresen? intihar eden adam idise.

    Cavab yaz
  • Anonim
    Saida · 19 May 11:5600

    werhimi zehmet olmasa verin

    Cavab yaz
  • Anonim
    Qamət 00.17-ə · 19 May 12:1611

    Qaynanaya qaynataya hörmət qoymayan tərbiyəsiz səviyyəsiz gəlin guya ayrı ayrı yaşasa nə dəyişəcək ki? bir də heç kimin haqqı yoxdur ki tanımadığı adami nədəsə qinasın və ya yol göstərsin.Şərhi yazan səndən ötrü yazmayıb ki bilməyə-bilməyə kimisə ittiham edəsən yazdıqlarından sənə nə? murdar,ifritə gəlinlər həmişə olub və olacaq da. məsləhətlərini özünə saxla

    Cavab yaz
  • Anonim
    Ulker · 19 May 16:5310

    Bu qadinin dediklerinen supe etdim. Deyir psgoloji prablemi olub onda niye onu hekime gosderlilmeyib ki.dediyinen melum olur ki cicdidi pisggologi prablemi olub. Onun dediyne gore. Gelini yeqin bacisina gore o qeder teqir edibler ki oda bezib atib ozunu. Allah rehmet elesin iki usaqi yetim qoydular.

    Cavab yaz
  • Anonim
    Ulker · 19 May 16:5600

    Bu qadinin dediklerinen supe etdim. Deyir psgoloji prablemi olub onda niye onu hekime gosderlilmeyib ki.dediyinen melum olur ki cicdidi pisggologi prablemi olub. Onun dediyne gore. Gelini yeqin bacisina gore o qeder teqir edibler ki oda bezib atib ozunu. Allah rehmet elesin iki usaqi yetim qoydular.

    Cavab yaz
  • Anonim
    Kama · 20 May 08:5510

    Niye demirsenki cabin yigdiq bogazina

    Cavab yaz
  • Anonim
    Ay · 20 May 17:4610

    Pis günə qalmişlar. Qaynana ifritədi.qiz mənlə paralel oxuyub. Çox yaxşi qiz idi.Allah qaynananin cəzasin versin.

    Cavab yaz
  • Anonim
    Ay · 20 May 17:4810

    Pis günə qalmişlar. Yalan danişilar.yaziq qiz mənlə paralel oxuyub

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.