Ölkə

Bakı-2017: Daha bir güləşçimiz finalda - YENİLƏNİB

18 May 2017 12:14
0 Şərh     Baxış: 787
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

12:14

Azərbaycanın yunan-Roma güləşçisi Kamran Məmmədov (66 kq) IV İslam Həmrəyliyi Oyunlarında final uğrunda mübarizəsini davam etdirib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu dəfə idmançımızın rəqibi Özbəkistan təmsilçisi Mirzobek Raxmatov olub. Güləşçimiz rəqibinə 6:0 hesabı ilə qalib gələrək qızıl medal uğrunda mübarizə aparmaq şansı əldə edib.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

----------

11:23

Azərbaycanın yunan-Roma güləşçisi Kamran Məmmədov (66 kq) IV İslam Həmrəyliyi Oyunlarında yarımfinala vəsiqə qazanıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, idmançımız yarımfinal uğrunda mübarizədə İran təmsilçisi Mehdi Zeidvand ilə qarşılaşıb.

Güləşçimiz ilk mübarizəsini 6:0 hesabı ilə qazanaraq növbəti mərhələyə keçib.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.