Ölkə

Özəl ali məktəblər qiymətləri endirdi - 50 faiz

18 May 2017 09:43
2 Şərh     Baxış: 3 737

Bu il özəl ali məktəblər təhsil haqlarını aşağı salıb. Son 2 ildə manatın ucuzlaşması ilə əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsi təhsil müəssisələrinə də təsirsiz ötüşməyib. 

Milli.Az fins.az-a istinadən xəbər verir ki, bu özünü daha çox ötən ilin qəbul nəticələrində göstərib. Belə ki, 2016-cı ildə keçirilən qəbul imtahanlarından sonra  özəl ali məktəblərdə və dövlət müəssisələrinin ödənişli  ixtisaslarında plan yerlərinin xeyli hissəsi boş qalmışdı.  Ən az nəticə isə Odlar Yurdu Universitetində idi - cəmi 11% yerlər tutulmuşdu. Digərlərində isə ən yüksək nəticə 50%-ə yaxın idi.

Sayt yazıb ki, universitetlər tələbə qəbulunu artırmaq naminə bu il qiymətləri xeyli ucuzlaşdırıblar.

Avrasiya Universitetində təhsil haqları 300-400 manat aşağı salınıb. Ötən il Regionşünaslıq (Yaxın və Orta Şərq ölkələri üzrə) fakültəsində təhsil haqqı 1 800 manat, qalanlarında 2000 manat idi. Bu il isə qiymətlər belə dəyişir:

Universitet rəsmiləri qiymət ucuzlaşmasını tələbələrin rahat təhsil almalarına şərait yaratmaq istəyi ilə izah ediblər. "Ötən il bizim ali məktəbdə təhsil haqqı bəzi universitetlərdən aşağı idi. Ona görə də biz yerlərin boş qalması problemi ilə üzləşmədik. Bu il də müəyyən addımlar atdıq ki, daha effektiv tələbə cəlb edək".

ADA Universitetində qiymətlər dəyişməyib. Burada bakalavr pilləsində təhsil haqqı 6 000-6 500 manat arasında dəyişir. Magist təhsili isə 6 500 - 28 000 manat arasında dəyişir.

Qərb Universitetində də qiymətlər ötən illə müqayisədə 50% aşağı salınıb.  Universitet saytında fakültələr üzrə yeni qiymətləri elan edib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

2 Şərh:

  • Anonim
    UZAQ DIYAR · 18 May 10:3610

    180 manat maash ve 1800 manat ödenish...Hansi hesabla bunu tenzimleyirler.!.Bu gedishle hele chox yerler bosh qalacaq.!.

    Cavab yaz
    • Anonim
      Adi insan · 18 May 14:4000

      Bow qalacaq yox.artiq hiss edirler ki 1 ci imtahanlardan sonra bow qalib ona gore guya 50 % awagi saliblar.

      Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.