Ölkə

Üzgüçülük komandamız üçüncü oldu - Bakı-2017

17 May 2017 19:01
Baxış: 671
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında qadın üzgüçülərin 4X100 m kompleks estafet yarışında qaliblər müəyyənləşib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Fatimə Əlkərəmova, İlahə Raciyeva, Alsu Bayramova və Yuliya Stisyukdan ibarət yığmamız finalda 4:34.42 dəqiqə nəticə göstərərək bürünc medal qazanıblar.

Birinci yeri Türkiyə, ikinci yeri isə İndoneziya üzgüçüləri tutub.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.