Ölkə

Məcbur ərə verilən qız özünü asdı - Bir kənddə ikinci yeni gəlin intiharı

17 May 2017 18:08
7 Şərh     Baxış: 2 707

Biləsuvar rayonunda gənc qadın intihar edib.

Mİlli.Az bakipost.az-a istinadən xəbər verir ki, hadisə rayonun Bəydili kəndində qeydə alınıb. Məlumata görə, Aşağı Cürəli kəndindən olan Abbasova Könül Sakit qızı 4 ay əvvəl xalası oğlu ilə ailə quraraq Bəydili kəndinə gəlin köçüb. Bu gün isə o, tavandan asılı vəziyyətdə tapılıb.

Onun ata-anası tərəfindən öz xalası oğluna məcburən ərə verildiyi qeyd olunur.

Bəydili kənd bələdiyyəsinin sədri İlqar Kərimov BakiPost.az-a açıqlamasında intihar faktını təsdiqləyib. Bildirib ki, hadisənin hansı səbəbdən baş verdiyi hələ ki bilinmir.

Xatırladaq ki, ötən ay Biləsuvar rayonunun Bəydili kəndində daha bir intihar hadisəsi qeydə alınmışdı. Yeni ailə qurmuş kənd sakini 31 yaşlı Esmira Həsənova özünü yaşadığı evdə asmışdı. O, intihar etməmişdən əvvəl məktub yazaraq həyatından və problemlərdən bezdiyini, ölümündə heç kimin günahkar olmadığını bildirmişdi.

E. Həsənova Çaylı kənd orta məktəbində Azərbaycan dili və ədəbiyyat fənni müəllimi olub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

7 Şərh:

  • Anonim
    teselli · 17 May 18:1170

    yorulmadizda bu cavan gelinleri heyatdan bezdirmeye. ister er olsun ister qaynana

    Cavab yaz
  • Anonim
    sena · 17 May 19:0830

    Nece qizi sevmediyi insana zorla verirler anlamiram tenboli xalasi ogluna qohuma ere getmek qadan olunsaydi ela olardi hansi fikirle xala ogli emi ogluna ere getmey olar mene catmirda

    Cavab yaz
  • Anonim
    . · 17 May 19:2920

    Eger bu qizin istediyi var imişse gerey ona qaçaymiş yaziğ qiz belkede istediyi oğlan cesaretli olmayib ay valideyinler evladlarinizi bedbext etmeyin indi gedersen ağlayarsan qebrinin üstünde

    Cavab yaz
  • Anonim
    Moskva RTSSDK · 17 May 21:0230

    Tesselliye.Mende raziyam sizle.Ama mence daha cox valideyndi vinavat.Eger qizin istemirse niye zorla kimese arvad edirsen.Eriyle o yawiyacag ay valideynler siz yox.Yazigdi balalariniz.

    Cavab yaz
    • Anonim
      teselli · 17 May 21:1730

      siz de haqlisiz. ovladinin isteyini nezere almir valideyn. ne tehsil verirler ne bir wey. o saat ere vermeye can atirlar. gedende deyirlerki seni doyselerde soyselerde sesini cixarma kececek. adimizi batirma. axirdada qizlarinin olusu qayidir ustlerine. cox heyf yazig qizlarimiza

      Cavab yaz
  • Anonim
    Angel · 18 May 00:1100

    Bu qizlari ele bil bawlarindan eliyirler bezi valideynler.yaziqdi bu qizlar

    Cavab yaz
  • Anonim
    Gunay Rusya · 19 May 10:2700

    Mende evlatlarima gore qalmiwam yoxsa bayaqdan oldirmuwdum ozumu Cetindi sevmeden yawamaq biriylee

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.