Ölkə

26 tibb bacısının diplomu saxta çıxdı

17 May 2017 15:13
5 Şərh     Baxış: 944

"Səhiyyə Nazirliyi tərəfindən cari ilin 5 ayı ərzində səhiyyə müəssisələrində çalışan tibb işçilərinin təhsil haqqında diplomlarının araşdırılması nəticəsində ümumilikdə 26  saxta diplom aşkarlanılıb".

Milli.Az xəbər verir ki, bunu lent.az-a Səhiyyə Nazirliyinin Hüquq və daxili nəzarət sektorunun müdiri Elxan Əzizov deyib.
 
E.Əzizov bildirib ki, diplomu saxta çıxmış 26 şəxsin hamısı orta tibb işçisidir: "Ümumiyyətlə, araşdırmaların nəticələrinə əsaslanaraq deyə bilərəm ki, orta tibb işçiləri, yəni tibb bacıları sənədlərini daha çox saxtalaşdırmağa meyilli olurlar. İndiyə qədər diplomu saxta çıxan tibb işçilərinin 99%-ni orta tibb işçiləri təşkil edib".
 
Qurum rəsmisi əlavə edib ki, toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə göndərilib: " Bu tibb işçilərinin bəziləri artıq işləyir, yəqin ki, işlərinə xitam veriləcək. Bəziləri isə işlə bağlı müraciət edəndə diplomunun saxta yolla əldə edildiyi müəyyən olunub".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

5 Şərh:

  • Anonim
    ❤ Nara ❤ · 17 May 16:5800

    Vay vay vay ona gorede bu millet qirilir.

    Cavab yaz
  • Anonim
    Moskva RTSSDK · 17 May 17:1600

    Naraya.Ay cox yawayin mende ele bele yazacagdim.Ona gore yazig gunahsiz insanlari qirirlarda.Allahdansa qorxmurlar.

    Cavab yaz
    • Anonim
      ❤ Nara ❤ · 17 May 18:1400

      Moskva cox sag ol.Menim en yarali yerimdi.Bu savadsiz hekimlerin ucbatindan 29 yawli bacim betnindeki 7 ayliq korpesi bu deyqe qara torpaqdadi.Bu savadsiz hekimler canimizdan can aldi.Ne deyim Allah bunlarin cezasini versin.Puldan diplom alib qirirlar bu yaziq gunahsiz milleti.

      Cavab yaz
  • Anonim
    Moskva RTSSDK · 17 May 21:0500

    Naraya.Cox pis oldum.Allah sebr versin sizlere.Allah rehmet elesin yeri cennet olsun inwallah.Vallah cox pis oldum ne deyim bilmirem.

    Cavab yaz
  • Anonim
    ❤ Nara ❤ · 17 May 22:5800

    Moskva cox sag ol.Allah olenlerine rehmet qalanlarina can sagligi versin.Bagiwla meni,bilseydim bele pis olacaqsan yazmazdim.:(((((

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.