Ölkə

Bakı-2017: Daha bir boksçumuz medalı təmin etdi

16 May 2017 14:27
1 Şərh     Baxış: 937
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında yarımfinala yüksələn boksçularımızın sayı 6-ya çatıb.

Milli.Az xəbər verir ki, Azərbaycan Boks Federasiyasından Trend-ə verilən məlumata görə, bu uğura 81 kq çəki dərəcəsində mübarizə aparan Rauf Rəhimov da imza atıb.

İlk döyüşündə Hafidz Adli Mohdu (Malayziya) yarışdan kənarlaşdıran təmsilçimiz 1/4 finalda pakistanlı Əli Xanı sınağa çəkib. Görüş 5:0 hesabı ilə Rəhimovun xeyrinə başa çatıb.

O, yarımfinal qarşılaşmasına sabah çıxacaq. R.Rəhimov Abdelrəhman Abdelqəvvədlə (Misir) gücünü yoxlayacaq.

Qeyd edək ki, Raufadək Tayfur Əliyev (56 kq), Cavid Çələbiyev (60 kq), Tamerlan Abdullayev (69 kq), Teymur Məmmədov (91 kq) və Məhəmmədrəsul Məcidov (+91 kq) 1/4 final səddini uğurla aşıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.