Ölkə

Azərbaycanda edam hökmü bərpa olunsun? - Deputatlar arasında mübahisə - YENİLƏNİB

16 May 2017 14:05
7 Şərh     Baxış: 2 111

14:05

Milli Məclisin iclasında Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, MM-in İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov BAXCP sədri, deputat Qüdrət Həsənquliyevin ölüm hökmünün bərpası ilə bağlı təklifinə etiraz edib.

Milli.Az-ın APA-ya istinadən məlumatına gröə, çıxış edən S.Novruzov deyib ki, ölüm hökmünün bərpası doğru deyil: "Azərbaycanda ölüm hökmünü ümummilli lider Heydər Əliyev aradan qaldırıb. Bu, onun atdığı hümanist addımlardan biridir.  Eyni zamanda, unutmayaq ki, insana canı Allah verib, Allah da ala bilər. Cinayətə gəldikdə, bizdə elə cəzalar var ki, ölüm cəzasından da sərtdir".

----------

13:43

"Azərbaycanda xüsusi ağır cinayətlərlə bağlı ölüm hökmünün bərpa edilməsi lazımdır".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkili Qüdrət Həsənquliyev təklif edib.

Onun sözlərinə görə, baxmayaraq ki, Azərbaycan insan haqları və azadlıqları haqqında Beynəlxalq Konvensiyaya qoşulub, bununla belə ölkənin müharibə şəraitində olduğu nəzərə alınmalıdır.

Millət vəkili vurğulayıb: "Tərtər rayonunda baş vermiş son hadisələr bir daha sübut edir ki, xüsusi cinayətlərə qarşı, ələlxsus dövlət əleyhinə olan əməllərə görə ölüm hökmü bərpa edilməlidir".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

7 Şərh:

  • Anonim
    Elshan · 16 May 14:0900

    Qudret muellim, olum cezasina mehkum edilecekler goresen, dogrudan da o cezaya layiq olanlar olacaq? Yoxsa, bilerekden adam oldurub, sonra efv olunanlar eminsiniz ki, olum hokmune layiq gorule bilinecek?

    Cavab yaz
  • Anonim
    Umrao · 16 May 14:1910

    Berpa olunsun ki korpe korpe ushaqlar anadan yetim qalmasin.Qorxaq aciz zeif "kishiler" canlarinin qorxusundan namus namus deyib camaatin qizini,ushaqlarin analarini oldurmesinler.Ushaqlar yetimxanalara dushmesin,boyuyende qatil atalarina,yalandan pis leke vurulmush analarina gore utanmasinlar.Boynubukuk qalmasinlar,heyata nifretle boyumesinler.Yoxsa her eli bicaq tutan bogaz kesir.Bilseler olecekler ellerini dinc saxlayarlar.Hemcinin qadinlari,ushaqlari,eqli qusurlulari zorlayan pislikleri de edam etmek lazimdi.Xususen ushaqlara qarshi edenleri ise yandirmaq.Belke bundan sonra emin amanliq dinclik hokm surer.

    Cavab yaz
  • Anonim
    Elya · 16 May 14:1910

    Yox berpa edilmesin olum hokmunnense omurluk ceza versin en azinnan valideynleri, yaxinlari arada yanina gedib gore bilsin instaqramda olan goruntu yadimnan cixmaz ana olum hokmu verilmis oglunu sonuncu defe gormek ucun hakime yalvarir ve oglunu getirirler bunnan sonrasi, ananin ogluna sarilmasi dehset hislerdi Allah hec kimi ovladiyla sinaga cekmesin insAllah

    Cavab yaz
  • Anonim
    Ayim · 16 May 14:4410

    teror türədən terorçular üçün edam hükümü bərpa olunmalıdır

    Cavab yaz
  • Anonim
    Qyim · 16 May 14:4600

    teror türədən terorçular üçün edam hükümü bərpa edilməlidir

    Cavab yaz
  • Anonim
    dilək · 16 May 15:2910

    Mən Q.Həsənquliyevi dəstəkləyirəm bacıya sataşan qardaşı, ananı öldürən balanı, körpə uşağa təcavüz edib sonra öldürüb atanlara ölüm hökmü yox hər tikəsinin üzr istəyirəm bir itin qabağına atmaq lazımdır hələ vətənə xəyanət edəni heç demirəm ölüm hökmü məncə bərpa olunmalıdır

    Cavab yaz
  • Anonim
    Şalimar · 16 May 15:5412

    Bəli. Bərpa olunsun. Ölüm hökmü qüvvədə olsa, heç olmasa qətllərin sayı azalar.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.