Ölkə

Nadir Qafarzadə xalqı təhqir etdi: "Ərəblər qız-gəlinlərinizi əlinizdən alıb kef çəkir"

16 May 2017 12:06
31 Şərh     Baxış: 8 016
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni Nadir Qafarzadə sosial şəbəkədə xalqı təhqir edib.

Müğənni Instagram-da onu tənqid edən şəxslərə verdiyi cavabda təhqiramiz ifadələrdən istifadə edib:

"Bədbəxt "insanlar", görəsən, Allahın sizdən xəbəri var? Cahillər, gedin qeyrətinizə sahib çıxın. Ərəblər qız və gəlinlərinizi əlinizdən alıb kef çəkirlər, gedin onların dərdini çəkin".

Milli.Az xəbər verir ki, müğənni sosial şəbəkədə yazdığı təhqirlərlə bağlı lent.az-a açıqlama verib:

"Bəziləri yazıb ki, guya mən üzümü dartdırmışam, qaşımı aldırmışam. Birincisi, mən bunu etməmişəm, etsəm də, heç kəsdən qorxmuram, çəkinmirəm, hər şeyi açıqlayaram. Mən səhnə insanıyam, daim formada olmalıyam. Barəmdə şərh yazan bəziləri də getsin öz doğmaları ilə maraqlansın. Bəziləri insanlara namus dərsi keçmək istəyir. Hamısı sosial şəbəkədə şir olublar.

Bu gün məni əsəbiləşdirdilər, cavablarını da artıqlaması ilə verdim. Dincəlsinlər. Amma bundan sonra özümü hirsləndirməyəcəyəm. Bu məsələlərlə vəkilim məşğul olacaq. Gəlib polis bölməsində mənə yalvararlar. Mən də bağışlamayacağam. Təhqir yazanlar öz cavablarını almalıdırlar. Bunu tək mən yox, bütün müğənnilər etməli, bu şeylərə son qoyulmalıdır".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.