Ölkə

Gözləri görməyən müəllim diaqnostik qiymətləndirmədə yüksək bal topladı - FOTO

16 May 2017 11:40
1 Şərh     Baxış: 1 783
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Zaqatala rayonunda gözləri görməyən müəllim diaqnostik qiymətləndirmədə yüksək nəticə göstərib.

Milli.Az report-a istinadən xəbər verir ki, 12-16 may tarixlərində Təhsil Nazirliyi tərəfindən keçirilən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsində Zaqatala rayonunun Suvagil kənd tam orta məktəbinin 56 yaşlı gözdən əlil tarix müəllimi Beydulla İsgəndərov 60 mümkün baldan 53-nü toplayaraq yüksək nəticə göstərib.

12 mindən çox müəllimin iştirak etdiyi imtahanda gözləri görməyən B.İsgəndərov bir nəfər köməkçi vasitəsilə sualları dinləyib və 90 dəqiqəlik imtahan müddətinin yalnız 45 dəqiqəsindən istifadə etməklə vaxtından əvvəl imtahanı müvəffəqiyyətlə başa vurub.

27 il pedoqoji fəaliyyətlə məşğul olan gözdən əlil müəllim "Brayl" əlifbası vasitəsilə yazır və oxuyur. Gözləri təmamilə görməyən müəllim heç kimin köməyi olmadan məktəbə gedir, dərsdən sonra isə həyətyanı sahəsində təsərrüfat işləri ilə məşğul olur.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.