Ölkə

Azərbaycanlı alim yol qəzasında öldü - YENİLƏNİB

16 May 2017 14:36
0 Şərh     Baxış: 6 331
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

14:36

Daxili İşlər Nazirliyi Bakıda baş vermiş ağır yol qəzası ilə bağlı məlumat yayıb.

Milli.Az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, mayın 15-də saat 8 radələrində Nərimanov rayonu A.M.Cümə küçəsində Bakı şəhər sakini Vasif Hacızadə idarə etdiyi "Toyota" markalı avtomobili yolun kənarında dayanmış "Hyundai" markalı avtomobilə vurub və nəticədə həmin avtomobildə olan sürücü Elman Əliyev hadisə yerində ölüb. Nərimanov RPİ tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, E.Əliyev texnika elmləri namizədi, tanınmış alimdir.

-----------

10:40

Dünən səhər saatlarında Bakı şəhərinin Nərimanov rayonu ərazisində baş vermiş ağır qəzada vəfat edən 76 yaşlı Elman Əliyevin elm adamı olduğu üzə çıxıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, Aşıq Molla Cümə küçəsində "Hyundai" markalı, 10 LA 357 dövlət nömrə nişanlı avtomobilin "Toyota" markalı 90 XD 220 nömrəli maşına çırpılması nəticəsində vəfat edən E.Əliyev texnika elmləri namizədi, dosent olub. O, "Hyundai" markalı avtomobili ilə səhər saatlarında işə gedirmiş.
 
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.