Ölkə

Bakıda sürət yarışına çıxan restoran sahibi "BMW X5"i dirəyə çırpdı: yaralılar var - VİDEO - FOTO

16 May 2017 10:09
10 Şərh     Baxış: 3 030

10:09

Bakının Xətai rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Milli.Az-ın report-a istinadən xəbərinə görə, Neftçilər prospekti ilə hərəkətdə olan, 1982-ci il təvəllüdlü Şənlik Şükürovun idarə etdiyi "BMW X5" markalı avtomobil yol kənarındakı sürücüləri məlumatlandıran monitorun dirəyinə çırpılıb.

Nəticədə avtomobil bir neçə hissəyə ayrılıb, sürücü və maşında olan sərnişin, 1985-ci il təvəllüdlü Babayeva Xatirə ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə şahidlərinin report-a verdiyi məlumata görə, qəzaya uğrayan maşın Neftçilər prospektində "Range Rover" markalı digər avtomobil ilə sürət yarışına çıxıb və nəticədə yol qəzası baş verib.

Qeyd edək ki, Ş.Şükürov "Salam Aleykum" restoranının sahibidir.

-----------

09:54

Bakıda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Neftçilər prospekti ilə Yusif Səfərov küçəsinin kəsişməsində qeydə alınıb.
 
BMW markalı avtomobil dirəyə çırpılıb. Zərbə o qədər güclü olub ki, avtomobil bir neçə hissəyə parçalanıb. İlkin məlumata görə, qəza nəticəsində iki nəfər xəsarət alıb.
 
Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Bakıda sürət yarışına çıxan restoran sahibi

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

10 Şərh:

  • Anonim
    qere · 16 May 10:1230

    Bir insani ki demir parchasi idare edir onda hec salam aleykumda komek etmez.

    Cavab yaz
  • Anonim
    bakili · 16 May 10:4610

    Ey perverdigar salam eleykum

    Cavab yaz
  • Anonim
    Nebilim ala ....... · 16 May 10:5330

    bes orda piyada olsaydi ve xesaret alsaydi? ay insanlar bir az mesuliyyetli olun, burnunuzdan qabagi goremyi oyrenin.

    Cavab yaz
  • Anonim
    TT · 16 May 11:1310

    150000$ ucdu goylera..Aleykuma salam..

    Cavab yaz
  • Anonim
    TT-ye · 16 May 12:1500

    belke islenmis masindi qiymeti ucuzdu hardan bildin ki 150mindi

    Cavab yaz
  • Anonim
    HH · 16 May 13:3400

    Eleykum salam!!!

    Cavab yaz
  • Anonim
    … . · 16 May 22:3700

    Qəzaya düşün insan gənc yaşında hər kəsə yardım edib. Necə də asandı belə şərhlər yazmaq. Vəli yolda bir piyada .o piyadanı vurmamaqçün maşını stolbaya çırpıb

    Cavab yaz
  • Anonim
    … . · 16 May 22:3700

    Biraz vicdan bir az insaf sabah başımıza nə gələr bilmirik

    Cavab yaz
  • Anonim
    … . · 16 May 22:3800

    Allahım Şənliyimizin cavan canına qıyma

    Cavab yaz
  • Anonim
    … . · 16 May 23:3000

    Niyə mənim şərhim verilmir? ? ?

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.