Ölkə

Prezident İlham Əliyev IV İslam Həmrəyliyi Oyunlarında qalib gələn cüdoçulara medalları təqdim edib - VİDEO - FOTO

15 May 2017 17:24
Baxış: 1 660

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında kişi idmançılardan ibarət cüdo komandalarının yarışında qaliblərin mükafatlandırılması mərasimi keçirilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, qalib komandalara medalları Azərbaycan Prezidenti İlham Əliyev təqdim edib.

Komanda yarışında Azərbaycan yığması finalda əlcəzairli rəqiblərinə qalib gəliblər.

Mükafatlandırmadan sonra Azərbaycanın Dövlət Himni səsləndirilib.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.