Ölkə

"Tibb bacısı ilə evləndim, 10 uşağım olandan sonra..." - VİDEO

13 May 2017 17:12
1 Şərh     Baxış: 3 981
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

106.3 FM-nin efirində yayımlanan"Bumeranq" səhər şousunun "Əvvala salam" rubrikasında bu dəfə İkinci Dünya Müharibəsinin iştirakçısı olan veteran Ağababa İsgəndərovun xatirələrindən söz açılıb.

Ağabala İsgəndərov doğum günü tarixini dəyişdirib, Berlində yaralandığı günə salıb.

Milli.Az metbuat.az-a istinadla  Ağababa İsgəndərovun müharibəylə bağlı xatirələrini təqdim edir.

"Berlin şəhərinə çatmağa az qalmışdı. Çoxuna heç güllə dəymədi, Dunay çayını keçərkən elə çayda boğuldular. Dunay çayı çox dərin idi. Mən də gördüm boğuluram, yapışdım rus komandirinin ayağından. O da məni söydü ki, burax ayağımı, bədənimdən tut, dedim, hara buraxıram. Bataram. Bizə 18 günlük ərzaq vermişdilər. Onları yeyib qurtarandan sonra az qalırdıq ki, torpaq yeyək. "Jmıx" yeyirdik. Qarğıdalını çiy-çiy yeyirdilər, kazaklar yerə tökülən kartof qabığını da yeyirdilər. Çox çətin, dəhşətli günlər idi.

Bir məqamı qeyd edim ki, Şəhər sakinlərinin, yəni almanların bizim millətə xüsusi simpatiyası var idi. Deyirdilər, hansı millətdənsən? Deyirdik ki, müsəlmanam. May ayının 2-də ayağımdan ağır yaralandığımda bir il altı ay hospitalda yatdım. Xəstəxanada mənə qulluq edən bir alman qızı ilə ailə həyatı qurdum. Ancaq 1947-ci ildə mən sağalandan sonra alman qızını SSRİ-yə buraxmadılar. Onu qatardan məcbur düşürtdülər. Ona görə Almaniyada qamaq istəyirdim. Bura qayıdandan sonra 10 uşağım oldu, heç alman qız yadıma da düşmədi".

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

416-cı milli atıcı diviziyada xidmət etmiş veteranımızın çox maraqlı məktubu

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.