Ölkə

Azərbaycan elminə ağır itki - FOTO

10 May 2017 12:02
1 Şərh     Baxış: 5 179
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanın tanınmış alimi Nazil Canibəyov vəfat edib.

Milli.Az metbuat.az-a istinadən xəbər verir ki, əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü 75 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Nazil Canibəyov 1942‐ci il sentyabrın 21‐də Bakı şəhərində anadan olub. 1965-ci ildə Azərbaycan Dövlət Universitetinin Kimya fakültəsini bitirib.

O, 1972-ci ildə kimya üzrə fəlsəfə doktoru, 1987-ci ildə kimya üzrə elmlər doktoru elmi dərəcəsini, 1994-cü ildə isə professor elmi adını alıb. 2007-ci ildə AMEA‐nın müxbir üzvü seçilib.

N.Canibəyov 224 elmi əsərin, o cümlədən 20 müəlliflik şəhadətnaməsi və 17 patentin müəllifi idi. Onun əsərlərinin çox hissəsi xaricdə çap olunub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.