Siyasət

Rusiya ordusu 2 saata Kişinyovu götürəcək - Gerasimçuk

3 May 2022 19:04
Baxış: 57 592

Moldova üçün Rusiyanın işğal etdiyi regiondan - Dnestryanıdan təhlükə var, təcavüzkarın dəstəyi ilə Kişinyov ələ keçirilə bilər.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu "Ukrayna prizması" analitik mərkəzinin icraçı direktorunun müavini Sergey Gerasimçuk deyib.

O xatırladıb ki, Rusiya tərəfindən işğal edildiyi üçün Moldova Dnestryanıya nəzarət etmir:

"Hərbi əməliyyat olarsa, Dnestryanıdan hücum ola bilər. Rusiyanın orada saxladığı qüvvələr və əlavə olaraq Dnestryanıdakı qanunsuz silahlı birləşmələr Moldova üçün ciddi problem yaradır. Məsələn, moldovalı həmkarlarım deyir ki, Kişinyovun müdafiəsi iki saatdan çox olmayacaq - bu, qoşunların Dnestryanı ilə inzibati sərhəddən Kişinyova çatması üçün lazım olan vaxtdır".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.