Ölkə

Ən yaxşı hərbi vətənpərvərlik simvolu və şüarı yaradın, mükafat qazanın

1 May 2017 10:56
0 Şərh     Baxış: 2 196
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyəti "Ən yaxşı hərbi vətənpərvərlik simvolikası" və "Ən yaxşı hərbi vətənpərvərlik şüarı (devizi)" üzrə müsabiqə elan edir.

"Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi" MMC-dən Milli.Az-a verilən məlumata görə, müsabiqə  "Ən yaxşı hərbi vətənpərvərlik simvolikası" və "Ən yaxşı hərbi vətənpərvərlik şüarı (devizi)" nominasiyaları üzrə keçirilir.

Məqsəd yeniyetmə və gənclər arasında yaradıcılığı və hərbi vətənpərvərliyi təbliğ etmək, eləcə də ictimaiyyətin diqqətini "Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi" MMC-nin 5 illik fəaliyyəti dövründə əldə etdiyi nailiyyətlərə yönəltməkdir.

Simvolika üçün açıqlanana meyarlara görə, müsabiqəyə təqdim olunan simvolika geniş ictimai marağa səbəb ola biləcək qrafik dizayna malik olmaqla hərbi vətənpərvərliyi özündə ehtiva etməli, eləcə də qələbə əzmini ifadə etməklə təsirli olmalıdır.

Müsabiqəyə təqdim olunan şüar (deviz) isə hərbi vətənpərvərliyi özündə ehtiva edən, tələffüzü çətin cümlələrdən olmayan, təsirli olmaqla tək oxunuşda hər kəsin yaddaşında qala bilən, xatırlana bilən bir cümlə olmalıdır.

Şərtlər:

-  simvolika orijinal və rəngli olmalı, təsvir edilmiş görünüşü əks etdirməlidir;

-  simvolika hər hansı mövcud emblem və loqotiplərin elementlərini təkrarlamamalıdır;

- simvolikanın hazırlanmasında dizayn bacarığına malik istənilən yaradıcı şəxslər (məktəbli, tələbə) və ya təcrübəli dizaynerlər iştirak edə bilər;

- simvolika qrafik (*jpeg, *png) və vektor versiyalarında (*cdr 2012, *psd;*pdd) təqdim olunmalıdır;

- şüar (deviz) əvvəllər işlədilmiş və yayımlanmış olmamalı, müsabiqə elan edilmiş vaxtdan yazılmalıdır;

- şüarın (devizin) yaradılmasında intellektual biliyə malik istənilən şəxslər (məktəbli, tələbə, hərbçi, elm adamı və s.) iştirak edə bilər;

- şüar (deviz) Arial 12 şriftlə *doc və ya *cdr 2012  versiyalarında ağ, qara yaxud rəngli yazıda təqdim olunmalıdır;

-  müsabiqəyə hər bir şəxs tərəfindən yalnız bir iş təqdim oluna bilər;

- müsabiqəni elan etmiş tərəf mükafat qazanan işlərdən təbliğat, maarifləndirmə vasitəsi kimi istifadə etmək hüquqna malikdir və öz nəşrlərində istifadə edə bilər;

- işlər elektron formada göndərilməli, yaxud yaddaş kartında şəxsən təqdim edilməlidir;

- müsabiqəyə qatılan şəxs özü haqqında şəxsi məlumatlarını (adını, soyadını, atasının adını, doğum tarixini (gün, ay, il) əlaqə nömrəsini (ev, mobil), işlədiyi və ya oxuduğu müəssisəni, bir ədəd fotoşəkil) *doc faylında işə əlavə etməsi zəruridir.

Simvolika üçün təsis olunmuş mükafat:

I yer - diplom və mükafat

II yer - diplom və mükafat

III yer - diplom və mükafat

Şüar (deviz) üçün təsis olunmuş mükafat:

I yer - diplom və mükafat

II yer - diplom və mükafat

III yer - diplom və mükafat

İşlər 2017-ci il may ayının 20-dək təqdim olunmalıdır. Müsabiqənin nəticəsi may ayının       26-da elan olunur.
 

Əlavə məlumat almaq üçün şəxsiyyəti təsdiq edən sənədlə "Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi" MMC-nin inzibati binasına (Az 1022 Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları küçəsi 99 (Maliyyə Nazirliyinin arxa tərəfi, Zabitlər bağının yaxınlığı)) müraciət etmək lazımdır.
(mail: [email protected], əlaqə telefonları: (012) 597 25 88 / (055) 409 02 82)

Zabit Əsgərov
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.