Ölkə

Nazir müavini: "Sahibkarlar vurduqları ziyana görə təzminat ödəmək istəmirlər"

29 Aprel 2017 13:25
0 Şərh     Baxış: 860
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda ətraf mühitə vurulan ziyana görə cərimələrin ödənilməsi ilə bağlı problemlər var.

Milli.Az Trend-ə istiadən xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Novruz Quliyev deyib.

Onun sözlərinə görə, sovet dövründə ətraf mühitin mühafizəsinə heç bir diqqət yetirilmirdi. Yalnız müstəqillik əldə edildikdən sonra Azərbaycanda bu sahəyə diqqət ayrıldı:

"Ətraf mühitin mühafizəsi məsələsində belə bir prinsip var: ətraf mühiti çirkləndirən onun bərpa olunması üçün cərimə ödəməlidir. Təəssüf ki, Azərbaycanda bu cür ödəmələr 90-cı illərdə həyata keçirilirdi, indi isə həmin dövrlə müqayisədə çox az məbləğ daxil olur. Biz ödəmələri Avropa səviyyəsinə çatdırmağa çalışırıq, lakin ətraf mühiti çirkləndirənlər buna müqavimət göstərirlər".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.