Ölkə

Bakıda "Oxu Günü" keçiriləcək - FOTO

29 Aprel 2017 10:43
Baxış: 2 738
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aprelin 29-də Heydər Əliyev Mərkəzinin parkında "Oxu Günü" keçiriləcək.

Milli.Az xəbər verir ki, Heydər Əliyev Mərkəzi, Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və "Hədəf Nəşrləri"nin təşkilatçılığı ilə keçiriləcək tədbirin məqsədi yeniyetmə və gənclər arasında mütaliəyə marağın artırılması, oxu vərdişlərinin inkişafına nail olmaqdır.

"Gəlin birgə oxuyaq!" şüarı altında təşkil olunacaq "Oxu Günü"nə tanınmış yazıçı və şairlər dəvət olunub. Tədbir iştirakçılarının yazarlarla görüş və kitablarını imzalatmaq imkanı olacaq.

"Oxu Günü"ndə, həmçinin paytaxtın müxtəlif ümumtəhsil məktəb və liseyinin şagirdləri təqdimatlarla çıxış edəcəklər. Məktəblilərin iştirakı ilə ayrı-ayrı əsərlərin müzakirələri aparılacaq, pantomim tamaşa, kitabların fərdlər üzərində əhəmiyyətini vurğulayan səhnəciklər, "fleşmob" və digər təqdimatlar olacaq.

Tədbir çərçivəsində bədii-elmi kitabların sərgisi də keçiriləcək. Nəşrlər iştirakçılara həm ödənişsiz paylanılacaq, həm də güzəştli şərtlərlə satılacaq.

"Oxu Günü" tədbirinə giriş sərbəstdir. Tədbir axşam saat 18-dək davam edəcək.

Zərif Nisə
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.