Ölkə

Əcnəbi tələbələr oxumaq üçün daha çox Azərbaycanın hansı ali məktəblərini seçir?

29 Aprel 2017 09:07
0 Şərh     Baxış: 1 406
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda təhsil alan əcnəbi tələbələr daha çox Azərbaycan Tibb Universitetini seçiblər.

Milli.Az xəbər verir ki, Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, 2016-2017-ci tədris ili üzrə olan məlumatlara əsasən, Azərbaycan ali məktəblərində 5007 nəfər əcnəbi tələbə təhsil alır.

Ölkədəki əcnəbi tələbələrin 2152-si Azərbaycan Tibb Universitetində, 627-si Azərbaycan Memarlıq və İnşaat Universitetində, 417-si isə Bakı Dövlət Universitetində təhsil alır.

Qalan əcnəbi tələbələrin təhsil aldığı ali təhsil müəssisələri Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Naxçıvan Dövlət Universiteti, Qafqaz Universiteti, Bakı Slavyan Universiteti, Azərbaycan İqtisad Universiteti və s-dir.

Azərbaycanda təhsil alan əcnəbilər daha çox Türkiyə, İran, Gürcüstan, Rusiya, İraq, Türkmənistan və Çindən gələn tələbələrdir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.