Ölkə

Güzəştli mənzillərin əldə edilməsi üçün tələb olunan SƏNƏDLƏR - VİDEO

28 Aprel 2017 20:58
2 Şərh     Baxış: 1 720
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Güzəştli mənzilləri almaq istəyənlər üçün sənədlərin siyahısı müəyyən oldu.

Milli.Az xəzərxəbər-ə istinadla məlumat verir ki, sözügedən sənədlər güzəştlə mənzil əldə etmək hüququ olan şəxslərin kateqoriyaları üzrə qruplaşdırılıb. Həmin kateqoriyalarla və hər bir kateqoriya üçün tələb olunan sənədlərin siyahıları ilə www.mida.az saytına daxil olmaq, ana səhifədə müvafiq olaraq "güzəştli mənzili kim ala bilər?" və "tələb olunan sənədlər" keçidləri vasitəsilə tanış olmaq mümkündür.

Güzəştli mənzilləri güzəştlə əldə etmək hüququ olan vətəndaşların aidiyyəti sənədlərinin qəbuluna "Güzəştli mənzil" elektron sisteminin əsasnaməsi təsdiq olunduqdan sonra başlanılacaq. Sənədlərin qəbulunun başlanmasının tarixi barədə əlavə məlumat veriləcək.

Mənzil İnşaatı Dövlət Agentliyi mənzillərin güzəştlə əldə edilməsini təmin etmək məqsədilə "Elektron hökumət" portalında yaradılacaq "Güzəştli mənzil" elektron sisteminin istifadəyə verilməsi ilə bağlı hazırlıq işlərini də tamamlamaq üzrədir.

Videonu izləmək üçün şəklə klikləyin:
Güzəştli mənzillərin əldə edilməsi üçün tələb olunan SƏNƏDLƏR açıqlandı - VİDEO

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.