Ölkə

Kəlbəcərin yeni GÖRÜNTÜLƏRİ - FOTO

28 Aprel 2017 15:30
3 Şərh     Baxış: 5 010
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanın işğal altında olan Kəlbəcər rayonunun yeni görüntüləri yayılıb.

Milli.Az azvision.az-a istinadən xəbər verir ki, ermənilər tərəfindən aprelin 17-də çəkilən fotolar sosial şəbəkələrdə paylaşılıb.

Şəkillərdən göründüyü kimi ermənilər azərbaycanlılara məxsus evləri yerlə-yeksan edib, yerində yeni binalar tikiblər.

Qeyd edək ki, Kəlbəcər 24 ildir işğal altındadır. 1993-cü il aprelin 2-də Ermənistan tərəfindən işğal olunan Kəlbəcər rayonunun ərazisi 1936 kvadratkilometr, əhalisinin sayı isə 70 minə yaxındır. Kəlbəcər sakinləri hazırda Azərbaycanın 59 rayonunda məskunlaşıb.

Kəlbəcərin işğalı nəticəsində 511 nəfər həlak olub, 321 nəfər itkin düşüb və girov götürülüb, rayona 761 milyon ABŞ dolları məbləğində ziyan dəyib. Ermənistan hərbi birləşmələrinin martın 27-də başlanan genişmiqyaslı hücumu Kəlbəcər rayonunun işğalı ilə başa çatıb. Kəlbəcər Azərbaycanın işğal olunmuş rayonları arasında ərazicə ən böyüyüdür. İşğal nəticəsində rayon mərkəzi, 150-yə yaxın kənd, həmçinin onlarla tarixi-mədəniyyət abidəsi, bir muzey, "İstisu" sanatoriyası və s. Ermənistan Silahlı Qüvvələri tərəfindən xarabazara çevrilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.