Ölkə

Yol polisinin törətdiyi qəzada xəsarət alanlardan 2 nəfər Bakıya köçürüldü

28 Aprel 2017 13:01
4 Şərh     Baxış: 1 464
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aprelin 27-də Ələt-Astara magistralının Salyan rayonu ərazisindən keçən hissəsində baş verən qəzada xəsarət alan 5 nəfərdən 2-si Salyan rayon Mərkəzi Xəstəxanasından Bakıya göndərilib.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Salyan rayon Mərkəzi Xəstəxanasının baş həkimi Hüseynağa Həsənov məlumat verib.

Baş həkim bildirib ki, Bakıya göndərilən hər iki xəstənin vəziyyəti ağır olub: "Hadisə nəticəsində xəsarət alan 1986-cı il təvəllüdlü Sadıqov Ülvü Səməd oğlu xəstəxanaya qarının küt travması, daxili qanaxma ilə daxil olmuşdu. Xəstə dərhal əməliyyat olunub və dalağı partladığı üçün götürülüb.

Aprelin 27-də axşam saatlarında xəstə təcili yardım avtomobili ilə Bakıdakı xəstəxanalardan birinə köçürülüb. Hadisə nəticəsində ağır xəsarət alan daha bir nəfər - 1987-ci il təvəllüdlü Dadaşov Elçin Razi oğlu isə xəstəxanaya komotoz vəziyyətdə daxil olub. Həmin xəstə də dərhal əməliyyat olunub. Onu da bu gün Bakıya göndərdik".

Baş həkim bildirib ki, hadisə nəticəsində sol döş qəfəsinin, qabırğasının və kürək sümüklərinin sınığı ilə xəstəxanaya daxil olan 1950-ci il təvəllüdlü Allahverdi Ağalı oğlu Əhmədov və başın sağ təpə nayihəsinin əzilməsi ilə gətirilən 1988-ci il təvəllüdlü Natiq Nifti oğlu Məmmədyarovun müalicələri isə davam etdirilir, onların vəziyyətləri orta-ağırdır. Hadisə nəticəsində xəsarət alan yol polisi əməkdaşı, 1988-ci il təvəllüdlü Elnur Zakir oğlu Əliyevin isə xəsarəti yüngül olduğundan ambulator müalicəyə yazılıb.

Qeyd edək ki, hadisə nəticəsində xəsarət alan E.Əliyev və N.Məmmədyarov yol polisləridir.

Xatırladaq ki, baş verən yol qəzası nəticəsində Astara rayonunun Ərçivan kənd sakini, 1945-ci il təvəllüdlü Azad Qüdrət oğlu Axundov və Bakı şəhər sakini, 1963-ci il təvəllüdlü Emil Teymur oğlu Mahmudov ölüb, 5 nəfər isə xəsarət alıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.