Ölkə

Hacı İbrahim kreditlə maşın alıb? - Bankdan AÇIQLAMA - YENİLƏNİB

28 Aprel 2017 17:40
8 Şərh     Baxış: 14 438
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

17:40

Mətbuatda iş adamı Hacı İbrahim Nehrəmliyə məxsus avtomobilin bank tərəfindən hərraca çıxarılması ilə bağlı xəbər yayılıb.

Milli.Az bildirir ki, Bank VTB (Azərbaycan) məsələ ilə bağlı açıqlama yayıb.

Məlumatda deyilir:

"Bank VTB (Azərbaycan) tərəfindən girovda olan "Rolls Royce" markalı avtomobilin hərraca çıxarılması barədə yayılan məlumat həqiqətə uyğun deyil. Bu məlumatlarda adı çəkilən İbrahim İbrahimov bank VTB (Azərbaycan)-dan kredit götürməyib və heç vaxt bankın müştərisi olmayıb".  

-----------

14:43

Ölkə mətbuatında "Avesta Concern" şirkətinin rəhbəri, iş adamı Hacı İbrahim Nehrəmliyə məxsus avtomobilin bank tərəfindən hərraca çıxarılması ilə bağlı xəbər yayılıb. Gununsesi.info saytının xəbərinə görə, Hacı İbrahim Nehrəmliyə məxsus "Rolls Royce" markalı avtomobil kreditdə olub. Sayt bildirir ki, İbrahim Nehrəmli həmin avtomobili oğlu Həsən İbrahimovun adına VTB bankdan kreditlə götürüb:

"Maşını almaq üçün 900 min dollar VTB bankdan kredit götürən Hacı İbrahim son iki il ərzində ödənişləri həyata keçirməyib. Dəfələrlə xəbərdarlıqlara baxmayaraq, iş adamı kredit borcunu verməyib. Məhz buna görə də bank iş adamının "Rolls Royce" markalı avtomobilini hərraca çıxarıb",- deyə məlumatda qeyd olunur.

Hacı İbrahim Nehrəmli isə barəsində yazılan bu xəbəri təkzib edib. Milli.Az bildirir ki, o, musavat.com-a bildirib ki, heç zaman kreditlə avtomobil almayıb:
"Mənim VTB banka nə borcum, nə kreditim, nə də onlardan hər hansı bir alacağım olmayıb. "Rolls Royce" markalı qara maşınım da hazırda evdədir. Yayılan məlumat tamamilə yalandır. Camaatın deyəsən işi gücü qurtarıb. VTB banka sorğu versinlər, görsünlər mənim onlara borcum var, yoxsa yox... Heç zaman kreditə maşın almamışam. Kreditlə maşın almaq olmaz. Eləcə də heyvandarlıq kimi sahələrdə də kreditlə iş görmək olmaz. Kreditlə bu işləri görürsənsə, axırı olmur. Tikintidən başqa kredit götürməklə digər işləri qurmaq çətindir. Misal üçün, qoyunu satıb, kreditə vermək olmaz. Avtomobilə gəlincə isə burada da kreditə girdinsə, qiymətin iki qatını banka qaytarırsan. Ona görə də çətindir. "Rolls Royce" maşınımı da 2008-ci ildə nağd şəkildə almışam".

----------

10:10

Ölkə banklarına külli miqdarda borcu olan "Avesta Concern" rəhbəri nehrəmli iş adamı kimi tanınan hacı İbrahim İbrahimova məxsus məşhur "Rolls Royce" markalı avtomobili də kreditdə imiş.

Milli.Az xəbər verir ki, gununsesi.info-nun iş adamına yaxın mənbələrə istinadən verdiyi xəbərə görə, İbrahim Nehrəmli həmin avtomobili oğlu Həsən İbrahimovun adına VTB bankdan kreditlə götürüb.  Maşını almaq üşün 900 min dollar VTB bankdan kredit götürən hacı İbrahim son iki il ərzində ödənişləri həyata keçirməyib.

Dəfələrlə xəbərdarlıqlara baxmayaraq, iş adamı kredit borcunu verməyib. Məhz buna görə də bank iş adamının "Rolls Royce" markalı avtomobilini hərraca çıxarıb.

Onu da qeyd edək ki, İbrahim Nehrəmli bir müddət əvvəl Beynəlxalq Banka külli miqdarda borcu ilə gündəmə gəlmişdi. DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsi tərəfindən iki günlük həbs edilən iş adamı bütün əmlakını banka girov qoyduğu üçün sərbəst buraxılıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.